Yaxşı ki, Avropada Şults və Lunaçek kimi “əxlaq mücəssəmələri” pələnglər və aslanlar kimi azdırlar...
Tarix: 12.06.2015 | Saat: 01:56:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Azərbaycanda ilk Avropa Oyunları kimi möhtəşəm beynəlxalq yarışların keçirilməsi antiazərbaycan mövqeləri və ölkəmizin son illərdə əldə etdiyi önəmli uğurlara qısqanclıq sərgiləyən bəzi xarici dairələri aşırı qıcıqlandırmaqdadır. Ölkəmizin bu cür uğurlarını həzm edə bilməyən həmin dairələr, dünyanın diqqətinin ölkəmizə dikildiyi bu ərəfədə müxtəlif antiazərbaycan kampaniyaları cəhd etməyə çalışırlar. Məqsəd ölkəmizin uğurlarına kölgə salmağa çalışmaqdır.
Bu sıradan, iyunun 10-da Vaşinqtonda Azərbaycanla bağlı dinləmələr keçirilməsi, həmçinin “Bakı-2015” Avropa Oyunları ilə bağlı Avropa Parlamentində keçirilmiş dinləmələri misal çəkək. Ötən yazımızda Amerikada keçirilən dinləmələrin qərəzi və əslində ABŞ-ın özündə insan haqlarının vəziyyəti ilə bağlı turarlı faktlara əsaslanan yazı yazmışdıq. Qeyd etmək lazımdır ki, Avropa Parlamentinda keçirilən dinləmələr də bu qəbildəndir. Avropa Parlamentinin sədri M.Şults və sədr müavini U.Lunaçek başda olmaqla oradakı bəzi çevrələr ölkəmizə qarşı aparılan qərəzli və məqsədyönlü kampaniya apardıqlarını ortaya qoydular. Xüsusilə qeyd etmək lazımdır ki, bu cür dinləmələrə heç bir lüzum olmadığı halda, bu, Martin Şults və Ulrike Lunaçek tərəfindən təşkil edilib. Əgər belə dinləmələrə lüzum vardısa, niyə bu indiyə qədər “yada düşmürdü”? Nəyə görə məhz Azərbaycanda “Bakı-2015” ilk Avropa Oyunları keçirilərkən, belə bir dinləməyə “ehtiyac yarandı”? Yəqin ki, bu sualın özünəxas “əxlaqi” cavabı var. Cavabı odur ki, əyyaşlığı ilə Avropada ad çıxaran Martin Şults və Avropa lesbiyanlarının lideri Ulrike Lunaçekin “əxlaqı” buna yol verir. Onlar həmin antiazərbaycan dairələri təmsil etməklə, Avropada Azərbaycana qarşı qarayaxma kampaniyasının başında gedirlər. Halbuki bu dinləmələri təşkil edən həmin şəxslər, mənəvi-əxlaqi “keyfiyyətləri” Avropada hamıya bəlli olan insanlardır. Yaxşı ki, Avropa siyasətində belələri çoxluq təşkil etmir. Yaxud məşhur bir yapon məsəlində deyildiyi kimi, yaxşı ki, bu cür əyyaş və lesbiyanlar Avropada “qaplanlar və aslanlar kimi azdırlar”. Yoxsa onlar “əxlaqi” keyfiyyətlərini bütün Avropaya yoluxdurardılar...
Qeyd edək ki, bu qərəz barədə Azərbaycan siyasiləri də öz mövqelərini bildiriblər. Bu barədə Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov qeyd edib ki, Avropa Parlamentinin ilk Avropa Oyunlarının başlanmasına 2 gün qalmış Azərbaycanda uydurma insan haqları məsələsini müzakirəyə çıxarması nə qədər qəribə görünsə də, təəccüblü deyil: “Bu artıq sanki hansısa xəstəliyin simptomuna çevrilib. Azərbaycan bu günlərdə tarixdə ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi qayğısı ilə yaşayır. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “New York Tayms” qəzetinə verdiyi müsahibəsində açıq-aşkar bildirir ki, Avropa iqtisadiyyatı geriləməyə başladığından Azərbaycan Oyunların keçirilməsi üçün imkanı olan yeganə həyat qabiliyyətli ölkə idi. Deməli, Azərbaycan ilk Avropa Oyunlarının keçirilməsi məsuliyyətini öz üzərinə götürməsəydi, həmin Oyunların taleyi başqa cür ola bilərdi. Görəsən, Avropa idman hərəkatı tarixində önəmli hadisə ərəfəsində Azərbaycanı saxta ittihamlarla tənqid edən Avropa Parlamentinin üzvləri bu hərəkətlərinin nə demək olduğu barədə fikirləşirlərmi?” Əli Əhmədov qeyd edib ki, əgər, doğrudan da, Avropa Parlamenti ədalət meyarları əsasında kiminsə pozulmuş hüquqlarının müdafiəsinə qalxmaq istəyirsə, Azərbaycanda belə insanların sayı bir neçə deyil, bir milyondur: “Erməni təcavüzü nəticəsində evini, torpağını, işini, rahatlığını, sağlamlığını, bir sözlə, bütün fundamental hüquqlarını itirmiş məcburi köçkünlər 25 ildir ki, hüquqlarının bərpasını gözləyir. Azərbaycanla əlaqədar qabardılmalı, təcili həll olunmalı, günahkarları axtarılmalı olan bir məsələ varsa, o da məcburi köçkünlərin hüquqlarının bərpa edilməsidir”.Ə.Əhmədov bildirib ki, Avropa İttifaqında həllini gözləyən kifayət qədər problem var və AP deputatları onları müzakirə etsə, Avropaya daha çox xidmət göstərmiş olarlar.
O da qeyd edilməlidir ki, bu gün erməni lobbisinin Azərbaycana qarşı istənilən məqamda maneçilik cəhdləri var. Dünya erməniliyi Azərbaycana qarşı informasiya savaşı aparır, bu məqsədlə Avropa və dünya siyasətçilərini ələ almağa, onları antiazərbaycan kampaniyalarına cəlb etməyə çalışır. Belə bir məqamda isə geridə qalmış Ermənistanla müqayisəyəgəlməz inkişaf göstəricilərinə malik Azərbaycanın uğurlarına kölgə salmaq erməni lobbisinin əsas hədəfləri sırasındadır. Və belə görünür ki, qeyri-adi nəfs və oriyentasiyaya malik olmaq, erməni şirnikdirmələrinə uymağa çox “yardım edir”. Məhz buna görədir ki, əyyaş Şults və lesbiyan Ulrike Lunaçek bu yola gedirlər. Buna görədir ki, onlar və bəzi parlament üzvləri Avropada kifayət qədər təsir gücünə malik olan erməni lobbisinin yedəyində gedirlər və ölkəmizə qara yaxmağa çalışırlar.
Həmçinin, bu gün bir sıra Qərb dairələrində müsəlman dövlətlərin güclü intibahı arzuolunmaz sayılır. Bunu bir çox modern inkişaf yolu tutmuş müsəlman ölkələrə, məsələn, Türkiyəyə, Azərbaycana və sair ölkələrə münasibətdə də aydın sezmək olur. Ona görə də sözügedən dinləmələr, eyni zamanda, həm də həmin avropasentrist qüvvələrin antimüsəlman, antiislam mövqeyindən irəli gəlir. Bu gün dünyanı yönləndirməyə çalışan bir çox beynəlxalq qurumların, ədalət və obyektivlik mövqeyindən çıxış etmədiyi, daim maraq dairələrinin və lobbi qruplarının təsir dairəsində olduğu ilə bağlı da sabit bir qənaət var. Həmin qurumlar isə iddia etdikləri rola və mövqeyə qətiyyən uyğun gəlməyən, səbatsız, qeyri-obyektiv və həqiqətləri təhrif edən fəaliyyətləri ilə qeyri-ciddi imic qazanmaqdadırlar. Bu sıradan, Avropa Parlamenti də istisna təşkil etmir. Çünki bu qurumun son illər Azərbaycan əleyhinə apardığı qərəzli kampaniyalar da bunu çoxdan sübut edib. Məsələn, guya ölkəmizdə “insan hüquqlarının pozulması”, “peşə fəaliyyətinə görə hüquq müdafiəçisi və ya jurnalistlərin həbs olunması” ilə bağlı qərəzli informasiyalar, “hesabatlar” yayırlar, dinləmələr təşkil edirlər. Halbuki bunların hamısı sırf uydurmalardan ibarətdir. Ölkəmizdə heç bir jurnalist və ya hüquq müdafiəçisi özlərinin peşə fəaliyyətinə görə həbs olunmayıb. Media mənsubu və ya hüquq müdafiəçisi olan bir-iki insan isə sırf cinayət törətdiyinə görə hüquqi məsuliyyətə cəlb olunub ki, bu da ölkəmizdə qəbul olunan qanunlar qarşısında hər kəsin məsuliyyət daşımalı olduğuna görədir.
Qeyd etdiyimiz kimi, xoşbəxtlikdən Avropada, o cümlədən Avropa Parlamentində bu cür mənəvi-əxlaqi baxımdan anormal olan insanlar çox deyil, onlara qarşı duran sağlam qüvvələrin mövqeyi də güclüdür. Məhz həmin sağlam qüvvələrin müqaviməti nəticəsində, qaragüruhçular “dinləmələr”lə nəzərdə tutduqlarıu məqsədə çatmayıb. Belə ki, Avropa Parlamentində bununla bağlı qətnamənin qəbuluna imkan yaradılmayıb. Bu isə Azərbaycana qarşı erməni lobbisinin lobbiçiliyi ilə başladılan növbəti kampaniyanın da iflasa və uğursuzluğa düçar olduğunu ortaya qoyur.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info