DSMF iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb
Tarix: 12.06.2015 | Saat: 02:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb. DSMF-nin mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köcürülməsi Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 1-i, respublikanın digər rayon və şəhərləri üzrə isə iyun ayının 11-i tarixində tam yekunlaşıb.
Ümumilikdə cari ilin 5 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 5 ayı ərzində Fondun gəlirləri 1224,9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,8 faiz və ya 33,6 milyon manat çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 712,4 milyon manata çatıb. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 466,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz və ya 36,8 milyon manat çoxdur. Cari ilin 5 ayı ərzində Fondun xərcləri 1213,4 milyon manat olub və bunun 1192,0 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmişdir.
Hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Onların 60,6 faizini yaşa görə, 28,5 faizini əlilliyə görə, 10,9 faizini isə ailə başcısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
16.01.2019
Bakıda “Üçbucaq ölkələr” sərgisi keçiriləcək
16.01.2019
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
16.01.2019
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
16.01.2019
“SOCAR karbamid” zavodunda 500 nəfər daimi işlə təmin ediləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info