Britaniya qəzeti Avropa Oyunlarına 8 səhifəlik yer ayırıb
Tarix: 12.06.2015 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın hər gün 1 milyona yaxın insan tərəfindən oxunan nüfuzlu “Evening Standard” qəzetinin 11 iyun tarixli nömrəsində “Bakı-2015” birinci Avropa Oyunlarına 8 səhifəlik yer ayrılıb.
Qəzetdə Avropa Oyunlarının yaranması tarixi, onun əhatə etdiyi idman növləri, Bakıda yarışların keçiriləcəyi məkanlar, iştirak edəcək dünya şöhrətli idmançılar, habelə Oyunları canlı yayımlayacaq telekanallar haqqında ətraflı məlumat verilir.
Həmçinin oxucular Oyunlar üçün görülən hazırlıq işləri, paytaxt Bakıda tikilən möhtəşəm idman arenaları, xüsusilə Atletlər Kəndi, şəhərdə aparılan abadlıq işləri barədə məlumatlandırılır. “Bakı-2015”in indiyədək keçirilən Olimpiya Oyunlarından heç də geri qalmayacağı diqqətə çatdırılır.
Məqalədə “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin fikirlərinə yer verilir. O, “Bakı-2015”in Avropa qitəsi üçün mühüm tarixi hadisə olduğunu vurğulayır. S.Kleq Avropa Oyunlarından sonra artıq dünya idman xəritəsində Azərbaycanın xüsusi yerinin olacağını bildirir.
Bakı ilə bağlı şəkillərin də yer aldığı məqalədə, həmçinin Avropa Oyunlarında iştirak edəcək Britaniya komandası haqqında ətraflı məlumat verilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info