Avropa Parlamentinin qərəzli mövqeyinə Gürcüstandan da etiraz gəldi
Tarix: 12.06.2015 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi (GAJB) Azərbaycanda keçirilən ilk Avropa Oyunları ilə bağlı Avropa Parlamentinə (AP) müraciət qəbul edib. Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı jurnalistlər birinci Avropa Oyunları ərəfəsində Avropa Parlamentinin (AP) bəzi deputatlarının Azərbaycan əleyhinə apardığı kampaniyalardan narahat olduqlarını bildiriblər.
Müraciətdə deyilir: “Azərbaycana qarşı aparılan bu kampaniya dünyada ikili standartların mövcudluğu ilə bağlı fikirləri bir daha sübut edir. Avropa Parlamentində Azərbaycan əleyhinə təşkil olunan müzakirələr bu mötəbər beynəlxalq yarışın əhəmiyyətini kiçiltmək məqsədi daşıyır və biz bundan təəssüf hissi keçiririk. Azərbaycanda keçirilən ilk Avropa Oyunları sülhü təbliğ edir və haqqa-ədalətə xidmət edir”.
Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı jurnalistlər insan hüquqları adı altında Avropa parlamentarilərinin apardıqları kampaniyaların səmimiyyətinə də şübhə ilə yanaşıblar: “Deputatlar Azərbaycanın inkişafına, getdikcə artan iqtisadi gücünə qərəzlə yanaşır, onun dünyada artan nüfuzundan narahat olur, guya bu ölkədə söz azadlığının və insan hüquqlarının pozulduğu barədə uydurma fikirlər səsləndirirlər. Əgər Avropa Parlamentinin deputatlarını həqiqətən də Azərbaycanda insan hüquqlarının vəziyyəti narahat edirsə, o zaman bizim doğma vətənimiz olan Azərbaycanda elementar hüquqları Ermənistan tərəfindən pozulan bir milyon soydaşımız var. Onlar Ermənistanın təcavüzü nəticəsində bütün fundamental hüquqlarından mərhum ediliblər və həqiqətən də Avropa Parlamentinin üzvlərinin müdafiəsinə başqalarından daha çox ehtiyacları var. Qoy, avropalı deputatlar Ermənistan silahlı qüvvələri tərəfindən doğma yurdlarından zorla qovulan və öldürülən, əsir alınan, girov götürülən bu insanların keçdikləri həyat yolunu araşdırsınlar.
GAJB-in müraciətində bildirilir ki, AP deputatlarının ilk Avropa Oyunları ilə bağlı həyata keçirmək istədikləri qarayaxma kampaniyasına dünyada mədəniyyətlərarası dialoqu, xalqlar arasında dostluğu, sülhü, mədəni, sosial və iqtisadi inkişafı təbliğ etdiyini iddia edən müxtəlif təşkilatların qoşulması tamamilə anlaşılmazdır.
GAJB-in müraciətində daha sonra deyilir: “Biz Azərbaycana qarşı təşkil olunan proseslərdə xüsusi fəallıq göstərən deputatları ədalətli və qərəzsiz olmağa, onlara etimad göstərmiş seçicilərinin verdiyi səsə hörmətlə yanaşmağa dəvət edirik. Biz Avropa parlamentarilərini Azərbaycan ilə bağlı məsələləri müzakirə edərkən ayrı-ayrı siyasi maraqlardan çıxış edən təşkilatların verdiyi yanlış informasiyalara deyil, dəqiq və obyektiv mənbələrə istinad etməyə çağırırıq. Birinci Avropa Oyunları yalnız Azərbaycanın deyil, bütün Avropanın uğurudur və bu möhtəşəm tədbir bütün Avropa tarixinə yazılacaq mühüm bir hadisədir. Bu Oyunlara kölgə salmaq cəhdi Avropanın tarixinə kölgə salmaqdır”.
Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı jurnalistlərin müraciəti Avropa Parlamentinə göndərilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
20.11.2018
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info