Avarçəkənlər Mingəçevirə gediblər
Tarix: 12.06.2015 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


“Bakı-2015” I Avropa Oyunları çərçivəsində keçiriləcək kayak və kanoe qayıqlarında avarçəkmə yarışlarında iştirak edəcək idmançılar artıq Mingəçevirdədir. 37 ölkədən 295 tanınmış idmançı bu mötəbər yarışlarda iştirak etmək üçün Mingəçevir şəhərinə gəliblər.
Komandaların üzvləri və onları müşayiət edən nümayəndə heyəti yüksək səviyyədə qarşılanıb və qonaqların Atletlər kəndində yerləşdirilməsi təmin olunub. Hazırda avropalı idmançılar Kür çayında yarışlara son hazırlıq məşqlərini keçirlər. Onlar təlim-məşq prosesini iyunun 12-13-də davam etdirəcəklər. İdmançıların Atletlər kəndindən “Kür” Olimpiya Tədris İdman Mərkəzinədək gediş-gəlişinin rahat şəkildə və fasiləsiz təmin olunması üçün xüsusi nəqliyyat vasitələri ayrılıb. İdmançılarla yanaşı, hakimlər və rəsmi qonaqlar da artıq Mingəçevirdədir. Onlar “Kür” Olimpiya Tədris İdman Mərkəzinin otelində və Mingəçevirdəki digər 2 oteldə yerləşiblər.
Azərbaycan yığmasının üzvləri də Mingəçevirdəki Atletlər kəndinə gələrək olimpiya ailəsinə qoşulublar. Azərbaycan idmançıları da bu mötəbər yarışlara yüksək səviyyədə hazırlaşıblar. Avarçəkənlərimiz yarışlara hazırlıq məqsədilə bir müddət Qəbələdə təlim-məşq toplanışında iştirak ediblər.
Qeyd edək ki, iyunun 14-16-da Mingəçevirdə keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcək əcnəbi idmançılardan 40 nəfəri olimpiya oyunlarının mükafatçılarıdır ki, onlardan 20 nəfəri qızıl medal sahibidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub
19.09.2018
UEFA Çempionlar Liqası: Roberto Firmino “Liverpul“ klubuna qələbə qazandırıb
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info