Sinxron üzgüçülərin yarışında Azərbaycan dueti 18-ci olub
Tarix: 12.06.2015 | Saat: 17:15:00 | E-mail | Çapa göndər


Bu gün “Bakı-2015” I Avropa Oyunlarına start verilib.
Yarış sinxron üzgüçülərin mübarizəsi ilə başlayıb.
Bakı Su İdmanı Mərkəzində qüvvəsini sınayan duetlər təsnifat mərhələsində sərbəst hərəkətləri yerinə yetirib. Mərkəzin hovuzunda ümumilikdə 20 duet mübarizə aparıb.
Rusiya təmsilçiləri Valeriya Filenkova və Darya Kulaqina 89,2333 nəticə ilə mərhələnin qalibi olublar. Ukraynalı Yana Narejina və Yelizaveta Yaxno (87,5333) 2-ci, ispaniyalı Culiya Eçeberria Eskuivel və İren Toledano Karmelo (85,7333) isə 3-cü pilləyə sahib çıxıblar.
Avropa Oyunlarında start xəttinə çıxan ilk Azərbaycan təmsilçiləri Tatyana Nikitina və Yekaterina Valiulina mübarizəyə 10-cu qoşulub. Onlar 71,4333 bal toplamaqla, 20 idmançı arasında 18-ci yerdə qərarlaşıblar.
Qeyd edək ki, oyunun final mərhələsi iyunun 15-də keçiriləcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Aşihara karateçilərimiz dünya çempionatında 8 medal qazanıblar
13.11.2018
Karateçilərimiz dünya çempionatını üç medalla başa vurublar
13.11.2018
KİV: Santyaqo Solari “Real Madrid“in baş məşqçisi olacaq
13.11.2018
Messi mövsümün ən yaxşı oyunçusu mükafatını aldı
13.11.2018
Şahmat üzrə dünya çempionu adı uğrunda üçüncü partiya da heç-heçə nəticələnib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info