Ermənistan Milli Statistika Xidməti: “Əhalinin 60 faizi işsizdir”
Tarix: 12.06.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Ermənistan Milli Statistika Xidmətinin məlumatına görə, ölkədə əhalinin 60 faizi işsizdir. Bu ilin ilk dörd ayında işsizliyin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 21 faiz artıb.
Beləliklə, cari ilin yanvarında işsizlərin sayı 2014-cü ilin yanvarı ilə müqayisədə çoxalaraq 19,5 faiz, fevralda 21,2 faiz, martda 20,7 faiz, apreldə isə 21,7 faiz olub.
Hazırda Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı 74 min nəfərdən çoxdur. Milli Statistika Xidmətinin Ermənistanda yoxsulluğun mənzərəsi və iş bazarının problemləri üzrə beş illik araşdırmalarının nəticələrinə görə, ölkədə hər 100 işsizdən 40-ı gəncdir. Ümumi işsizlər arasında 20-29 yaşlı insanlar üstünlük təşkil edir. Ermənistanda yeni iş yerlərinin yaradılması da mümkün deyil. Çünki ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayır. Vəziyyət o həddə çatıb ki, hətta mövsümi iş tapmaq çox çətindir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib
18.04.2019
Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
18.04.2019
Özbəkistanın Riştan rayon rəhbərliyi İsmayıllı rayonuna səfər edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info