“Bakı yollarında nəqliyyatın hərəkətində problem yoxdur”
Tarix: 12.06.2015 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Hazırda Bakıda hərəkətin məhdudlaşdırılacağı əvvəlcədən elan olunmuş yollardan başqa digər küçə və prospektlərdə nəqliyyatın hərəkətində problemlər yaşanmır.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Bölmə rəisi qeyd edib ki, bu gün Bakıda I Avropa Oyunlarının açılış mərasimi ilə əlaqədar əvvəlcədən elan olunmuş yollar üzrə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Həmin ərazilər üzrə sürücülərin qaydalara əməl etməməsi halları müşahidə olunmur: “Digər yollarda isə nəqliyyatın hərəkətində heç bir problem yoxdur, yollarda sıxlıq və tıxac yoxdur. Ümumiyyətlə, bu gün paytaxt yollarında nəqliyyat vasitələrinin sayının həddən artıq azaldığı müşahidə olunur. Bir daha I Avropa Oyunları kimi yüksək səviyyəli tədbirin keçirilməsinə anlayışla yanaşan bütün sürücü və avtomobil sahiblərinə təşəkkür edir, hamını ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini tövsiyə edirik”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info