“İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyuram“
Tarix: 12.06.2015 | Saat: 17:34:00 | E-mail | Çapa göndər


ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetinin professoru Lütfi ZADƏ ölkəmizdə keçirilən I Avropa Oyunları ilə bağlı fikirlərini bildirib: “Bu günlər bütün dünyanın diqqəti Azərbaycana, onun paytaxtı Bakıya yönəlib. Hamı ilk Avropa Oyunlarının açılışını böyük səbirsizliklə gözləyir. Qeyri- səlis məntiq nəzəriyyəsinin banisi kimi müxtəlif xarici ölkə universitetləri və elmi mərkəzlərdə mühazirələr aparıram, tələbə-gənclərlə, dünya şöhrətli alimlərlə, yazıçılarla, ziyalılarla, habelə ictimai xadimlərlə və Azərbaycan diasporunun üzvləri ilə görüşürəm. Azərbaycana dair müxtəlif maraqlı söhbətlərin, sualların şahidi oluram. Çox xoşdur ki, bu söhbət və suallarda Odlar yurdunun böyüklüyü, Azərbaycanın dünyanın diqqət hədəfinə çevrilən beynəlxalq tədbirlərə, konfrans və simpoziumlara ev sahibliyi etməsi, görülən abadlıq və quruculuq işləri, Azərbaycanın dünya ölkələri ilə humanitar sahədə yüksək səviyyədə əməkdaşlıq etməsi rəğbətlə açıqlanır. Bundan böyük qürur duyuruq.
Bütün dünyanın sülh və sabitlik adası, sivilizasiyaların qovuşduğu məkan kimi qəbul etdiyi Azərbaycan artıq bu gün intizarla gözlənilən I Avropa Oyunlarına başladı. İlk Avropa Oyunalrı ərəfəsində nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, tanınmış media orqanları Azərbaycanı dünyada sülhün və təhlükəsizliyin, sabitliyin təmin olunmasına böyük töhfələr verən ölkə kimi qiymətləndirirlər. Nüfuzlu xarici mətbuat orqanları, demək olar ki, hər gün Azərbaycanın Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyindən bəhs edən məzmunlu yazılar dərc edir, reportajlar hazırlayırlar. Məqalələrdə Azərbaycanın iqtisadi inkişafından, insan hüquqları və demokratikləşmə, milli-etnik, dini tolerantlığın təmini sahəsində əldə edilmiş nailiyyətlərdən, dünya standartlarına cavab verən nəhəng idman infrastrukturundan, Azərbaycanın Şərq və Qərb sivilizasiyalarının daşıyıcısı kimi multikulturalizm məkanına çevrilməsindən bəhs edilir. Bütün bunlar xarici ölkələrdə yaşayan azərbaycanlılarda böyük qürur hissi doğurur. Sevinirik ki, dəfələrlə beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycan son illərdə dünya miqyaslı bir sıra idman yarışlarını da uğurla təşkil edərək Avropa Olimpiya Komitəsinin etimadını qazana bilib. Belə bir mötəbər idman yarışı Azərbaycanın iqtisadi və siyasi gücünü bir daha bütün dünyaya nümayiş etdirəcək, Azərbaycan Avropada və dünyada öz mövqeyini daha da gücləndirəcək, nüfuzunu artıracaq. Bundan əlavə, yüz minlərlə insan bu yarışları izləyərkən müasir, gündən-günə çiçəklənən Azərbaycanı yaxından tanıyacaq, onun dinamik inkişaf edən iqitsadiyyatı, turizm məkanları, maddi-mədəniyyət nümunələri, milli-mənəvi sərvətləri haqqında geniş məlumatlar əldə edəcəkdir”
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Ermənistan XİN rəhbəri işlətdiyi iki cümlədə azı yeddi səhvə yol verib
19.04.2019
Azərbaycanlı gimnastlar “AGF Junior Trophy” turnirində yaxşı nəticə göstərməyə hazırdır
18.04.2019
Azərbaycanla dostluq və qardaşlıq əlaqələri daha da inkişaf etdiriləcək
17.04.2019
Minsk qrupu tərəfindən Paşinyanın bəyanatına reaksiyanın olmaması pis nəticələnə bilər
17.04.2019
ABŞ elə düşünməməlidir ki, Türkiyə onun bütün tələblərini qəbul edəcək

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info