Qadın təyyarə pilotlarının hazırlanmasına başlanır
Tarix: 12.06.2015 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlamasını elan edir.
AZAL-dan verilən xəbərə görə, sənəd qəbulu 1-30 iyulda həyata keçiriləcək.
Namizədlər boyu 160-180 sm, maksimum çəkisi 75 kq olan və Azərbaycan, rus və ingilis dillərini sərbəst bilən 18-25 yaşlı qadınlar olmalıdır.
Müsabiqədə iştirak etmək üçün namizədlər şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir), təhsil haqqında sənədin əsli, 3x4 sm ölçüdə şəkil və xarici dil bilgilərini təsdiqləyən sertifikat (əgər varsa) sənədlərini toplamalıdırlar.
Bütün sənədlər AZAl-ın Personalla iş üzrə Baş idarəsinə təqdim edilməlidir. Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər Psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.
Əlavə məlumat əldə etmək üçün AZAL-ın Personalla iş üzrə Baş idarəsinə müraciət etmək olar.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info