İsraildəki Azərbaycan yəhudiləri Avropa Parlamentinə müraciət edib
Tarix: 12.06.2015 | Saat: 18:00:00 | E-mail | Çapa göndər


İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası (Azİz) “Bakı- 2015” I Avropa Oyunları ilə əlaqədar Avropa Parlamentinə müraciət ünvanlayıb. Müraciətdə deyilir ki, minlərlə idmançının səbirsizliklə gözlədiyi I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan və ölkənin rəhbərliyi bütün imkanlarını səfərbər edib. Müraciət müəllifləri Avroviziya-2012 mahnı müsabiqəsinin keçirilməsini xatırladaraq Azərbaycanın belə möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi etməyə qadir olduğunu parlamentarilərin diqqətinə çatdırır.
Müraciət müəllifləri vurğulayır ki, xalqlar arasında dostluğu möhkəmləndirilmək, gəncləri birləşdirmək, mehriban qonşuluq siyasətini inkişaf etdirmək, nəhayət, SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış dünyanın ən gözəl ölkələrindən birini tanıtmaq üçün beynəlxalq idman yarışları və mahnı müsabiqələrinin təşkili təqdirəlayiqdir: “Ermənistanla müharibə şəraitində olmasına, 20 fazidən artıq ərazisinin işğal olunmasına baxmayaraq, Azərbaycanın I Avropa Oyunlarına erməni idmançıları da dəvət edib, çünki idman hər zaman siyasətdən kənarda olub və siyasətçilər idmançıların işinə qarışmamalıdır. İdman və mədəniyyət sözdə deyil, əməldə sülhə və dostluğa xidmət etməlidir. Amma Avropa Parlamentində baş verən son hadisələr göstərir ki, bir çoxları idman yarışlarını özlərinin siyasi intriqalarını gerçəkləşdirmək məqsədilə istifadə etməyə cəhd edir”.
Müraciətdə İsrailin də uzun illər boyu bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən sərt tənqidlərə məruz qaldığı, lakin bütün müharibələrdən şərəflə çıxdığı və hazırda bir sıra dövlətlərin qısqanclıqla yanaşdığı bir ölkəyə çevrildiyi xatırladılır. Ölkəmizi bu baxımdan İsraillə müqayisə edən təşkilat üzvləri qeyd edir ki, Azərbaycanın sərvəti, ağlasığmaz iqtisadi imkanları, müharibə şəraitində olmasına baxmayaraq, davamlı irəliləməsi, bölgədə iqtisadi və siyasi liderliyini təsdiqləməsi faktı ilə barışa bilməyənlər bu gün Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa cəhd edir: “Şübhəsiz ki, Azərbaycanın ünvanına yağdırılan böhtanlar hələ çox danışılacaq. Çünki, Uinston Çörçilin təbirincə desək, "həqiqət paltarını geyinənə qədər yalan dünyanın yarısını dolanır".
Müraciət müəllifləri hesab edir ki, Azərbaycan ikili standartlar dünyasında öz nüfuzu uğrunda mübarizə aparmalıdır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Suriyalı qaçqın ABŞ-ın dövlət qulluqçularına pulsuz yemək paylayır
22.01.2019
Avropa ölkələri Gürcüstandakı vəziyyətdən narahatdır
22.01.2019
Axen sazişi: Almaniya və Fransa ABŞ-a qarşı yeni cəbhə yaratdı
22.01.2019
Уже в феврале будут продавать наушники-переводчик на 20 языков мира
22.01.2019
Senator Harris ABŞ prezidentliyinə namizədliyini rəsmən elan edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info