AMİ-də Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
Tarix: 12.06.2015 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


İyunun 12-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) 15 iyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib. Dölət himni səsləndirildikdən sonra institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı tədbiri giriş sözü ilə açaraq, 15 iyun tarixinin hər il respublikamızda təntənəli şəkildə qeyd olunduğunu vurğulayıb, tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib.
Rektor A.H.Naxçıvanlı bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yaranmışdı, ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Çətin şəraitə düşən dövlətimizin iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı acınacaqlı vaxtda xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi böyük təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Ümuumilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı, çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alındı.
Bildirilib ki, ölkəmiz üçün əhəmiyyətli məsələlərin həllində əvəzsiz xidmətlər göstərmiş ulu öndər Heydər Əliyev bütün həyatı boyu gördüyü böyük işləri və əməlləri hesabına xalqın məhəbbətini qazanaraq yaddaşlara əbədi həkk olunub. Ölkəmiz ulu öndərin sayəsində çox qüdrətli bir ölkəyə çevrilib, Azərbaycan dili dövlət dili elan edilib, yeni konstitusiya yaradılıb, Azərbaycanın milli-mədəni adətləri qaytarılıb.
Azərbaycan xalqının ümummilli lideri Heyder Əliyevin başladığı məqsədyönlü daxili və xarici siyasət, o cümlədən, təməli ulu öndərimiz tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Xüsusi vurğulanıb ki, bu gün böyük tarixi və məsuliyyətli gündür, ölkəmizdə möhtəşəm bir tarixi hadisə, bütün Avropa qitəsini əhatə edən və 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015 1-ci Avropa oyunları”nın açılış mərasimi baş tutacaq. Azərbaycan bu geniş miqyaslı idman oyunlarının ev sahibi olması dövlətimizin nəinki regionda, eyni zamanda Avropada, ümumilikdə dünyada artan siyasi və iqtisadi, beynəlxalq nüfuzunun nəticəsidir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Bakı-2015 1-ci Avropa oyunları üzrə Təşkilat Komitəsi Prezident cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə nəzərdə tutulmuş bütün hazırlıq, tikinti, quruculuq işlərini yüksək səviyyədə həyata keçirib.
Qeyd edilib ki, ölkəmizdə gənclərinin ictimai-siyasi hadisə¬lərdə iştirakının stimullaşdırılması üçün son illərdə ölkəmizdə xeyli işlər görülüb. Nəzərə çatdırılıb ki, Avropa oyunları ilə bağlı mərasimlərin, yarışların təşkili və keçirilməsində 17 mindən çox gənc könüllü kimi iştirak edir ki, onların da sırasında 150-yə yaxını Azərbaycan Müəllimlər İnstitutunun tələbələridir.
Tədbirdə institutun İbtidai və məktəbəqədər təhsilin metodikası kafedrasının müdiri, AMİ YAP ilk partiya təşkilatının sədri prof. Mircəfər Həsənov, həmin kafedranın dosenti Şahrza Ağayev, İctimai fənlər kafedrasının müəllimi Zakir Ramazanlı məruzə ilə çıxış edərək bu tarixi hadisə ilə bağlı öz fikirlərini bölüşüblər. Çıxış edənlər 1990-cı illərin əvvəllərində gənc respublikamızda rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında gedən mübarizə və 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsini şərtləndirən amillər haqqında ətraflı danışıblar.
Tədbirin sonunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən film böyük maraqla izlənilib.

Mətbuat və informasiya şöbəsi




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Azərbaycan ən çox İtaliyaya satır, Rusiyadan alır
14.11.2018
Büdcə haqqında qanun layihəsi birinci oxunuşda təsdiq edilib
14.11.2018
ABŞ nəşri: “Bakı Limanı İpək Yolunda ticarət üçün əhəmiyyətli bir dəhlizdir”
14.11.2018
Türk Hava Yolları: Yüklənmə səviyyəsi oktyabr ayında 83,4%-ə çatıb
14.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasının məzunları komitədə işlə təmin olunublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info