“The Washington Times”da “Azərbaycan üçün idman məqamı” adlı məqalə
Tarix: 12.06.2015 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “The Washington Times” qəzetinin 11 iyun tarixli nömrəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun bu il iyun ayında Bakıda keçirilən birinci Avropa Oyunlarına həsr edilmiş “Azərbaycan üçün idman məqamı” məqaləsi dərc olunub .
Müəllif yazır ki, indi bütün idman ictimaiyyətinin diqqəti Azərbaycana yönəlib, çünki birinci Avropa Oyunları bu ölkənin paytaxtında keçirilir. Səfir qeyd edir ki, Azərbaycan bu tarixi Avropa yarışının və ölkə tarixində ən möhtəşəm idman tədbirinin keçirilməsi üçün hazırlıq işlərini iki ildən bir qədər artıq müddətdə başa çatdırıb. Yarışlarda idmanın 20 növü üzrə 50 ölkədən altı min idmançı iştirak edəcək. On iki idman növünü təmsil edən atletlərə 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmaq imkanı veriləcək.
Avropa Oyunları Avropanın 45 ölkəsində və digər qitələrin 98 ölkəsində translyasiya ediləcək. Beləliklə, bir milyard tamaşaçı Oyunlara baxmaq imkanı əldə edəcək. Avropa Oyunları təkcə Azərbaycanın uğuru deyil, həm də bütün region üçün yeni bir təcrübə olacaq.
Avropa Oyunlarının geniş əhatə dairəsi idmanın dünya miqyaslı birləşdirici qüvvəsinə əsaslanır. Bu Oyunların məhz Azərbaycanda keçirilməsi ölkəmizin regional əməkdaşlığı və birgə tərəqqini təşviq etməsinə sübutdur.
E.Süleymanov Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin fikrinə istinad edərək göstərir ki, Azərbaycan birinci Avropa Oyunlarını keçirməyə cəsarət etmiş yeganə təşkilatçı ölkə oldu. Səfir yazır ki, son 25 ildə Azərbaycan dəfələrlə regional layihələrin əməli şəkildə həyata keçirilməsi təşəbbüsünü irəli sürüb. 1998-ci ildə rəsmi Bakı beynəlxalq miqyaslı möhtəşəm TRACECA (Avropa İttifaqının Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi proqramı) sammitini keçirib, 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi” imzalanıb, 2006-cı ildə strateji əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan neft kəməri istifadəyə verilib. Bu gün Azərbaycan təbii qazın Avropa bazarlarına nəql edilməsi üçün “Cənub” qaz dəhlizinin, habelə Asiya ilə Avropanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin aparıcı qüvvəsi kimi çıxış edir.
Diplomat daha sonra yazır ki, Bakı mütəmadi olaraq mədəniyyətlərarası dialoq üzrə dünya forumu keçirir. Bu tədbirdə dünyanın dini və mədəni təşkilatlarının nümayəndələri arasında fikir mübadiləsi aparılır. Təəccüblü deyil ki, İsrail dövləti Bakıda keçirilən Avropa Oyunlarına 142 idmançıdan ibarət böyük bir komanda göndərib.
Azərbaycan 2017-ci ildə İslam Həmrəylik Oyunlarının təşkilatçısı olacaq. Bütün bu hadisələr Şərqi Avropada qeyri-sabitlik, Yaxın Şərqdə isə ekstremizm və radikalizm tüğyan etdiyi bir şəraitdə baş verir. Beləliklə, çoxəsrlik tolerantlıq ənənələrinə malik, əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycan birinci Avropa Oyunlarının təşkilatçısı kimi, coğrafi problemləri düşmənçilik münasibətlərini reallaşdırmaq üçün deyil, mədəni müxtəlifliyi inkişaf etdirmək və insan enerjisini idman yarışlarına istiqamətləndirmək üçün nadir imkana çevirməyə çalışır.
Təbii ki, Azərbaycanı tənqid edənlər də tapılır. Diplomat yazır ki, son dövrlərdə ölkəmiz yalnız neqativ məqamlara əsaslanan, Azərbaycanın qazandığı bütün sanballı uğurları inkar edən və yaxşıca əlaqələndirilmiş davamlı ittiham kampaniyası ilə dəfələrlə üzləşib. Səfir vurğulayır ki, regional təhlükəsizliyə qarşı təhdidin artmasını, dini zəmində zorakılığın güclənməsini, qadınlara hücum edilməsi kimi dəhşətli bir praktikanın və mövcud münaqişələrin geniş yayılması üçün potensial imkanları nəzərə alsaq, Azərbaycana qarşı yönəlmiş bu kampaniyanın səmərə verəcəyi şübhə doğurur. Əlbəttə, başqa ölkələr kimi, Azərbaycanda da müəyyən nöqsanlar var, buna görə də o həmişə konstruktiv tənqidi normal qarşılayır, mövcud problemlər üzərində ardıcıl iş aparır.
Məsələn, Azərbaycanın sosial sahədə qazandığı uğurlardan biri – “ASAN xidmət” Mərkəzi bu ilin may ayında BMT tərəfindən “ 2015-ci ilin BMT dövlət xidməti mükafatı”na (United Nations Public Service Award 2015) layiq görülüb.
Müəllif sonda qeyd edir ki, tarix pessimistlər və skeptiklər tərəfindən yox, uzaqgörən praqmatiklər tərəfindən yazılır. Məhz bu cür insanlar gələcəyin əsassız çağırışlar vasitəsilə deyil, real, praktiki nailiyyətlər vasitəsilə qurulmasına üstünlük verirlər.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info