Avrozonada kredit sahəsindəki geriləmənin səbəbi nədir?
Tarix: 29.01.2013 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


“Anspress.com” xəbər verir ki, Avrozonada ayrı-ayrı müəssisələrə və fiziki şəxslərə kreditin verilməsində əvvəlki kimi geriləmə müşahidə olunur. Vahid valyuta zonasında ayrı-ayrı şirkətlərə verilən kredit və vətəndaşlara verilən ipotekalar dekabr ayında azalmağa davam edib. Aşağı faizli kreditlərlə təklif olunan külli miqdarda nəğd pul mərkəzi küçələrdəki bankların xəzinələrində, demək olar ki, toxunulmaz olaraq qalmaqdadır, ən pis halda isə bu nağd pullar yenidən Avropa Mərkəzi Bankına qaytarılır.
Avropa Mərkəzi Bankı kreditin verilməsindəki geriləməni bankların kredit vermək niyyətinin olmaması ilə deyil, vətəndaşlar və ya şirkətlər arasında kreditə olan tələbin azalması ilə izah edir. Özəl sektora ayrılan kreditlərin miqdarı ötən illə müqayisədə 0,7 faiz aşağı düşüb ki, bu geriləmə tendensiyası sərasər 8 ay davam edib.
Ekspertlərə görə, problemin kökü ondadır ki, avrozonanın ümumi iqtisadi artımı zəifləyib, insanlar isə belə olan halda artıq kredit götürməklə özlərini riskə atıb, yeni layihələr və bizneslər qurmaq və ya mövcud bizneslərini genişləndirmək istəmir.
AMB-nin stastistik göstəricilərinə əsasən, təkcə İspaniyada özəl sektora ayrılan kreditlər düz 22 milyard avroya qədər azalıb. Bu isə iyul ayından bəri ən aşağı göstəricidir. Portuqaliyada isə 2,6 milyard avroluq geriləmə müşahidə olunur. Ən pisi isə odur ki, maliyyə ekspertləri kredit məsələsində vəziyyətin tezliklə yaxşılığa doğru dəyişəcəyinə inanmır.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info