“Azərbaycanın artan iqtisadi gücü bəzi Qərb dairələrində qısqanclıq yaradır”
Tarix: 12.06.2015 | Saat: 20:01:00 | E-mail | Çapa göndər


zərbaycan 2008-2014-cü illərdə ixrac etdiyi neftin 60 faizini Avropa Birliyinə, 14 faizini Amerka Birləşmiş Ştatlarına ixrac edib. Qara qızılın qalan hissəsi də əsasən Avropanın müttəfiq ölkələrinə nəql edilib.
Qərbin müttəfiqi olan Əfqanıstana isə antiterror koalisiyası fəaliyyəti üçün ölkəmiz hər il 100 milyon dollardan çox dəyərdə neft məhsulları ixrac edir. Sadəcə bu faktlar göstərir ki, Azərbaycan Qərbin enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, beynəlxalq terrora qarşı mübarizədə aktiv iştirak edir. Bu fikirləri əməkdaşımızla söhbətində iqtisadçı alim Vüqar Bayramov bildirib. Vüqar Bayramov deyib ki, bütün bunlara baxmayaraq, təəssüf ki, bir sıra Qərb dairələrində ölkəmizə qarşı qərəzli qara “piar” kampaniyaları aparılır. Azərbaycan özünün zəngin mavi qaz yataqları ilə eyni zamanda Avropanın enerji təhlükəsizliyinə töhfə verərək sözügedən qitədə idxalın diversifikasiyasında fəal iştirak edir. Ölkəmizin səmimi əməkdaşlıq təşəbbüsünə, regionda sülhün formalaşaması fəaliyyətinə bəzi Qərb dairələrinin və hətta, dövlətlərinin ikili standartlar daxilində qısqanclığı Azərbaycanın artan iqtisadi gücü ilə bağlıdır. Ölkəmiz Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini formalaşdırmaqla post-sosialist məkanında lider ölkələrdəndir.
İqtisadçı alim bildirib ki, möhtəşəm oyunlara hazırlığın yükəsk səviyyədə təşkil edilməsi eyni zamanda ölkəmizin güclü iqtisadi gücə malik olması ilə bağlıdır. Azəbaycan dünyada son 10 ildə illik iki-rəqəmli iqtisadi artıma malik olan az sayda ölkələrdəndir. Qlobal böhranlara baxmayaraq, ölkəmizdə iqtisad artım səviyyəsi heç zaman aşağı düşməyib. Birinci Avropa Oyunlarına hazırlıq və bu yarışlarda iştirak edəcək ölkələrin sayı və eləcə də beynəlxalq diqqət bir daha göstərdi ki, istənilən qərəzli qara “piar” kampaniyalarına baxmayaraq Azərbaycan öz iqtisadi və siyasi qüdrəti ilə möhtəşəm qlobal təşəbbüslərə imza atır və gələcək də bənzər layihələri reallaşdırmaq əzmindədir.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
26.06.2019
Roger Zavoli: gördüyümüz səhnələr dəhşətlidir, humanizm baxımından qəbuledilməzdir
26.06.2019
Bülənt Akdeniz: Azərbaycan Türkiyə üçün çox önəmli ölkədir
26.06.2019
Güləş üzrə Azərbaycan millisi ikinci ən güclü komandadır
26.06.2019
Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasındadır
26.06.2019
Azərbaycan çox güclü və nizam-intizamlı bir orduya malikdir

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10816

1 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
2 Əli Nağıyev DTX rəisi təyin edildi
3 Heydər Əliyev və bələdiyyələr
4 Tarix müəllimi Könül Əliyeva: “Əməkhaqqının artırılması bizim əməyimizə verilən böyük qiymət və dəyərdir”
5 Vilayət Eyvazov daxili işlər naziri təyin edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info