Milli Qurtuluş Günü Pakistan mətbuatında
Tarix: 12.06.2015 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Pakistanın ingilisdilli “Cenreline” jurnalında və “Diplomatic News Agency” informasiya agentliyində tanınmış jurnalist Vahid Hüseynin “Azərbaycan Qurtuluş Gününü qeyd edir” adlı məqaləsi yayılıb.
“1993-cü il iyunun 15-i Azərbaycanın Milli Qurtuluş Günüdür və bu gün müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsi olub” sözləri ilə başlayan yazıda müstəqilliyin ilk illərindən başlayaraq Azərbaycanın böyük çətinliklərlə və vətəndaş qarşıdurması ilə üzləşdiyi qeyd olunur. Bildirilir ki, bu çətin vaxtlarda Azərbaycan xalqı öz ümidini yalnız ümummilli lider Heydər Əliyevə bağladı və xalqın təkidli tələbi ilə o, Bakıya gəldi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü il iyunun 15-dən başlayaraq ölkəyə rəhbərlik edib və Milli Qurtuluş Gününün qeyd edilməsi də bu tarixlə bağlıdır.
Məqalədə ulu öndər Heydər Əliyevin demokratik və dünyəvi dövlət quruculuğu kursu seçdiyi qeyd olunur. Bildirilir ki, bu böyük siyasətçi ölkədə köklü iqtisadi və siyasi islahatlar aparıb, neft strategiyasını müəyyənləşdirib. Heydər Əliyevin prezidentliyi dövründə Azərbaycan həyatın bütün sahələrində böyük nailiyyətlər əldə edib, dünya ölkələri sırasında özünəməxsus yer tutub.
Məqalədə Heydər Əliyevin siyasi kursunun bu böyük siyasətçinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanır. Qeyd olunur ki, Heydər Əliyevin ideyalarına sadiq olan Prezident İlham Əliyev ölkənin imicini beynəlxalq aləmdə daha da möhkəmləndirib, Azərbaycanı dünyada yüksək sürətlə inkişaf edən ölkələrdən birinə çevirib.
Jurnalist azərbaycanlıların Heydər Əliyevin xatirəsini daim əziz tutduqlarını xüsusi vurğulayır.
Yazıda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti haqqında da ətraflı məlumat verilir. Bildirilir ki, məhz Pakistan xalqı qarşısındakı xidmətlərinə görə Mehriban Əliyeva Prezident Məmnun Hüseyn tərəfindən ölkənin ali ordeni - “Hilal-e-Pakistan” ilə təltif edilib.
Məqalədə ulu öndər Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin qurucusu olduğu bildirilir. Qeyd edilir ki, 1996–cı ildə onun Pakistana səfəri zamanı imzalanan sənədlər, keçirilmiş görüşlər ikitərəfli əlaqələrin əsasını qoyub, münasibətlərin inkişafı üçün yeni imkanlar açıb.
Məqalə bu fikirlərlə bitir: “Azərbaycan 1993-cü il iyunun 15-də başlanan yolla inamla gedir. 15 iyun daim xalqın gücünə arxalanan, ona dayaq olan şəxsin – Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün Azərbaycanın mübarizlik və qurtuluş rəmzi kimi xalqın xatirəsində əbədi yaşayacaq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info