Oyunlara dəstək kampaniyasının mükafatlandırma mərasimi
Tarix: 12.06.2015 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


İyunun 12-də Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) ofisində təşkilat tərəfindən “Bakı-2015” birinci Avropa Oyunlarına dəstək olaraq “twitter”də həyata keçirilən kampaniyanın mükafatlandırma mərasimi keçirilib.
“Creatweet” (“creative” – yaradıcı, “tweet” – tvit, “yaradıcı cavab”) adlı kampaniyanın mükafatlandırma mərasimində gənclər və idman nazirinin müavini İntiqam Babayev, nazirliyin gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və nümayəndələri, kampaniyanın iştirakçıları və mətbuat nümayəndələri iştirak ediblər.
ARGTMŞ-ın sədri Ş.Seyidzadə çıxış edərək deyib ki, təşkilat tərəfindən irəli sürülən təşəbbüs “twitter”də Şuranın üzvü olan gənclər təşkilatlarının #Baku2015 haşteqi vasitəsi ilə Avropa Oyunlarına dəstəyini nümayiş etdirməkdən ibarətdir. Kampaniya çərçivəsində həyata keçirilən fəaliyyəti iştirakçıların diqqətinə çatdıran Ş.Seyidzadə bildirib ki, Avropa Oyunları ərəfəsində kampaniyanın iştirakçısı olan 43 nəfər tərəfindən #Baku2015 haşteqi ilə 46 min 653 tvit yazılıb. Kampaniya çərçivəsində yazılan tvitlər son 1 ayda bütün dünya üzrə #Baku2015 haşteqi ilə yazılan tvitlərin 34,74 faizini təşkil edib.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev ARGTMŞ tərəfindən irəli sürülən təşəbbüsü yüksək qiymətləndirib. O, sosial şəbəkələr və onların alətlərindən istifadənin vacibliyini vurğulayıb. Nazir müavini, həmçinin Azərbaycanın Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməyə hazır olduğunu bildirib və gənclər təşkilatlarını sosial şəbəkələrdə Avropa Oyunlarının timsalında Azərbaycanı təbliğ etməyə çağırıb.
Sonra rəsmilər tərəfindən kampaniyanın yüksək nəticə göstərmiş iştirakçılarının mükafatlandırılma mərasimi həyata keçirilib. Kampaniya iştirakçıları Aytac Hüseynli həvəsləndirici, Yalçın Abbasov 3-cü, Minacət Əliyeva 2-ci və Kənan Məmmədov 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, “Bakı 2015” birinci Avropa Oyunlarına onlayn dəstək məqsədi daşıyan kampaniya çərçivəsində ARGTMŞ-ın üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları tərəfindən “twitter” sosial şəbəkəsində sözügedən mövzuda twittlər yazılıb. Kampaniyanın sonunda trend olan, maraq doğuran “twitter”lər yazan iştirakçılar arasında qaliblər və fəallar müəyyən olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Rudolf İvanov dünyasını dəyişib
23.01.2019
Gənclərin kənd yerlərində çalışmasını həvəsləndirən imtiyazlar təkmilləşdirilməlidir
23.01.2019
Yuyucu tozun içərisində narkotik vasitə və psixotrop maddə aşkarlandı
23.01.2019
Regional konfrans işini panel formatında davam etdirib
23.01.2019
Səfər Mehdiyev Şirvanda vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info