“Xaricilərin gözləri Bakıya-I Avropa Oyunlarına yönəlib”
Tarix: 12.06.2015 | Saat: 23:16:00 | E-mail | Çapa göndər


Aliq Bağırov: “İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi biz gənclərə stimul verir”

Nəhayət, aylarla gözlədiyimiz tarix-İlk Avropa Oyunlarının açılış günü gəlib çatdı. İstər ölkə daxilində, istərsə də xaricdə yaşayan soydaşlarımız bu sevinci yaşayırlar. Elə müsahibimiz Aliq Bağırov da xarici ölkədə bu tarixdən qürur duyur. Qeyd edək ki, Aliq Bağırov Türkiyənin Sakarya Universitetinin Siyasi elmlər fakültəsinin magistridir. O, Sakarya Universiteti Azərbaycan Tələbə Təşkilatının qurucusu və eks-sədridir.
-İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi sizdə hansı hisslər yaradır?
- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi biz gənclərə stimul verir. Düşünürəm ki, ulu öndər Heydər Əliyevin dediyi “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” ifadəsini özündə əks etdirən və xalqını, millətini, Vətənini sevən azərbaycanlı gənc, Azərbaycanda bu cür mötəbər tədbirlərin keçirməsindən böyük fəxr və qürur hissi duymalıdır. Avropa ölkələrinin ilk dəfə keçiriləcək və tarixə düşəcək belə bir mötəbər Oyunların Azərbaycanda təşkil edilməsini dəstəkləməsi ölkəmizdə olan yüksək iqtisadi inkişaf, sosial rifah, demokratiya, təhlükəsiz yaşam, insan haqları və söz azaldığının yüksək səviyyədə olmasını bir daha sübut edir və belə bir ölkənin vətəndaşı olmaq ən böyük qürur və sevinc mənbəyidir.
-Yaşadığınız yerdə bu Oyunların təbliği ilə bağlı hansı işlər görürsüz?
-Bildiyiniz kimi, mən qardaş ölkə - Türkiyədə təhsil alıram. Türkiyədə I Avropa Oyunları ilə bağlı hər hansı təbliğata gərək yoxdu, çünki Türkiyə və Azərbaycan arasındakı əlaqələr elə bir səviyyəyə gəlib ki, artıq birlik kimi formalaşıb. Azərbaycanda baş verən hər hansı bır situasiya Türkiyəyə və əkisinə təsir edir və media tərəfindən işiqlandırılır. Xüsusən də qeyd etməliyəm ki, I Avropa Oyunlarının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin görüşməsi oyunlar başlamamışdan gündəmdədir. Türkiyədəki seçimlərdən sonra Ərdoğanın ilk xarici səfərini Azərbaycana etməsi də böyük əhəmiyyət kəsb edir.
-“Bakı-2015”-in Azərbaycan üçün nə kimi əhəmiyyəti var?
-Təbii ki, istənilən sahədə müsbət təsiri olacaq ki, bunları qısa olaraq bu şəkildə şərh edərdim:
1. Azərbaycan qızıl hərflərlə tarixə düşəcək və illər keçsə də ilk Avropa Oyunları kimi tarix yaddaşlara həkk olunacaq.
2. Oyunları işıqlandırmaq üçün 800-ə yaxın beynəlxalq, 600-dən artıq yerli media nümayəndəsi akkreditasiya üçün Təşkilat Komitəsinə müraciət edib ki, bu o deməkdir ki, dünyanın gözü Azərbaycandadır. Dünya Azərbaycanı eyni zamanda izləyəcək və Azərbaycanla bağlı bilgilərə sahib olacaq. Ən azından Avropada “Haradansan?” sualı verilərkən “Azərbaycandan” deyərkən “O hansı ölkədir?” sualını eşitməyəcəyik. Mən Avropada olarkən tanışlıq əsnasında “Azərbaycandanam” deyərkən xaricilərdən eşitdiyim ilk cavab söz “wooow “Eurovision” oldu.
3.Azərbaycan nə ABŞ, nə Rusiya, nə də ki Avropa ölkəsi kimi tanınmış və böyük əraziyə sahib ölkə deyil, hər kəs tərəfindən tanınsın, ona görə də Azərbaycanın tanınmasında bu Oyunların əhəmiyyəti çox böyükdür. Xüsusən də Azərbaycanın yüksək mədəniyyətə, qədim tarixə, gözəl təbiətə və coğrafiyaya sahib olduğunu görəcəklər.
4. Xüsusən də Oyunları izləmək üçün dünyanın fərqli ölkələrindən turistlər gələcək ki , onlar Bakıda - Azərbaycanda olan bu böyük inkişafı və reallıqları gözləri ilə görəcək. Gələcəkdə Azərbaycana turist axınının artmasına və Azərbaycana valyuta girişinə olacaq ki, bu da ölkəmizdə iqtisadi canlanmaya səbəb olacaq.
5. Avropa Oyunları strateji lahiyə oldugu üçün gəlirlər qısadönəmi deyil, uzundönəmi əhatə edəcək. Bu gün əldə ediləcək gəlir daha çox kiçik və orta biznes sektoruna təsir göstərəcək əlavə vəsait girişinə səbəb olacaq.
6. Bu Oyunlarda Ermənistanın-düşmən ölkənin nümayəndələri də iştirak edəcək ki, Azərbaycandakı bu yüksək inkişaf və dəyişikliyi görərək onlar hansı əsirdə yaşadıqlarını hiss edəcəklər.
-Kənardan ölkəmizin bu Oyunlara hazırlığı necə görünür?
- Gerçəkdən bu gün I Avropa Oyunlarına ölkəmizdə çox yüksək səviyyədə hazırlıq görülüb. Bakımız hər ötən gün dəyişərək daha gözəl olur, yeni göydələnlər tikilir, yollar cəkilir və s. Xaricilərin gözləri Bakıya - I Avropa Oyunlarına yönəlib. Mən hazırda təhsil aldığım universitetdə 80-dən çox ölkədən tələbə təhsil alır və onlarla görüşüm əsnasında I Avropa Oyunlarının Bakıda keçirilməsindən və Bakının nə qədər gözəl olmasından və bu Oyunlar üçün yaradılmış təhlükəsizlik sistemi və şərait haqqında danşırlar. Bu da Prezidentimiz İlham Əliyevin Azərbaycanda idmana olan qayğısından irəli gəlir.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Norveçin Bakıda səfirliyinin fəaliyyətini dayandırması sıradan olan adi bir haldır
09.11.2018
Azərbaycan Prezidentinin rəhbərliyi ilə uğurlu xarici siyasət fəaliyyəti həyata keçirilir
08.11.2018
“Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
06.11.2018
“Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
06.11.2018
“Dil babalarımızdan qalmış dəyərli mirasımızdır”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info