“The National Interest”: “Rusiya 21-ci əsrin Asiya əsri olmasına yatırım qoyur”
Tarix: 13.06.2015 | Saat: 01:35:00 | E-mail | Çapa göndər


ABŞ-ın “The National Interest” media qurumu Rusiyanın xarici siyasət prioritetlərini dəyişdiyi və bu sahədə artıq yeni strategiya həyata keçirdiyi ilə bağlı maraqlı yazı yazıb. Yazıda qeyd edilir: “Vladimir Putin Qərbə deyir ki, heç nədən qorxmaq lazım deyil, amma Ukraynada münaqişə yenidən qızışır. Ukrayna prezidenti Petr Poroşenko öz vətəndaşlarına tammiqyaslı Rusiya hücumu barəsində xəbərdarlıq edir.
Hazırda Rusiya və NATO orduları arasında kontaktların sayı olduqca artıb. Məsələn, Rusiya bombardmançı təyyarələrinin Britaniya yaxınlığında uçuşları, həmçinin Finlandiya ərazi sularında Rusiya sualtı qayıqlarının olması barədə xəbərlər var. Ötən il NATO, Rusiya aviasiyasının Avropa hava məkanına mümkün hücumları ilə bağlı olaraq, öz təyyarələrini 400 dəfə hava həyəcanı ilə göyə qaldırıb.
Bütün bunlar onu deməyə imkan verir ki, Rusiyanın təhlükəsizliyi üçün əsas problemlər Qərb istiqamətindədir. Putin bütün gücü ilə göstərməyə çalışır ki, Qərb sanksiyaları onun Rusiyanı böyük dövlət kimi təqdim etməsinə qətiyyən təsir etmir. Bu cür fəaliyyəti ilə o, Skandinaviya ölkələrini NATO-ya girməyə vadar edir və Baltikyanı ölkələrin sərhədləri yanında hərbi təlimlər keçirməklə, bu ölkələrdə həyəcan doğurur.
Bu kimi faktlar onu göstərir ki, əslində həm də Moskva tez və sakit bir şəkildə özünün strateji konsepsiyasını yeni istiqamətə döndərir. Bu isə Qərbə yox, Şərqə doğru istiqamətlənməkdir. Putin üçün Asiyaya bağlanmaqda məntiq üç məqamla izah edilə bilər.
Birinci məqam odur ki, Rusiyanın enerji və resurs nəhəngi kimi iqtisadi tərəqqisi təmin edilməlidir. Putin bilir ki, növbəti 20 ildə Hindistan və Asiya-Sakit Okean regionunda neft və qaza olan tələbat xeyli artacaq.
Təxminən, elə bu vaxt avropalı istehlakçılar özlərinin enerji mənbələrini diversifikasiya edəcəklər. Bununla bağlı olaraq Rusiyanın, Asiyanın enerji aclığını təmin etməkdə rəqiblərini sıxışdırmaq üçün çox az vaxtı qalır.
İkincisi Rusiya, öz hərbi doktrinasında Şərqə çoxdan baxmaq məsələsini qoymasına baxmayaraq, indi Hind-Sakit Okean ərazilərində ticarət və təhlükəsizlik məsələlərində aktivliyini artırır. Bundan başqa, o, öz aktivliyini Cənub-Şərqi Asiyada da artırmış olur.
Üçüncüsü, Rusiya, 21-ci əsrin Asiya əsri olmasına əsaslanır və buna yatırım qoyur. O hesab edir ki, Çin regional və dünya nizamında əsas hərəkətverici qüvvə olacaq”.
Yazıda daha sonra qeyd edilir ki, Rusiyanın Sakit Okean donanması gələcək on ildə Rusiyanın ən böyük hərbi-dəniz aktivinə çevriləcək. Bu donanma, 600 milyard dollarlıq yenidən silahlanma və hərbi quruculuq işləri ilə bağlı ümumi proqram çərçivəsində yeni sualtı atom qayıqları və sualtı gəmilər əldə edəcək. Fransadan alınması gözlənilən “Mistral” vertolyotdaşıyıcları da Vladivostok üçün təyin olunub. Bundan başqa, Rusiya göstərməyə çalışır ki, öz hərbi gücünü nümayiş etdirmək əzmindədir: “Bu gün onun gəmilərini çox tez-tez Sakit və Hind okeanlarında görmək mümkündür”.
O da qeyd edilir ki, Moskva və Pekin arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Bu əməkdaşlıq ticarət, investisiya, energetika, hərbi və təhlükəsizlik məsələlərində müəssisələrarası qarşılıqlı fəaliyyəti əhatə edir.
O da bildirilir ki, qeyd edilənlərdən başqa, Rusiya ilə Hindistan arasında da müasibətlər olduqca istiləşib. Hindistan hərbi texnikasının 70 faizə qədəri Rusiya istehsalıdır. Bu ölkələr 2003-cü ildən başlayaraq, iki ildən bir “İndra” adlı birgə hərbi təlimlər keçirirlər.
Moskva bir neçə dəfə Dehlini Şanxay Əməkdaşlıq Təşkilatına qoşulmağa dəvət edib.
Bundan başqa, Rusiya Cənub-Şərqi Asiya ölkələri ilə də dövriyyəni gücləndirməkdədir. Hazırda Moskvanın Vyetnamla hərtərəfli strateji əməkdaşlıq barəsində müqaviləsi var və Hanoy Putinin Avrasiya İttifaqı ilə azad ticarət barədə müqavilə imzalamağa razılıq verib. Rusiya yanacaqdolduran təyyarələrini Kamran buxtasındakı bazada saxlayır. Bunlar Sakit okeanın qərb tərəfindəki bombardmançılar üçündür. Bildirilir ki, Rusiya, həmçinin, Taylandla əməkdaşlığı da unutmur. Martda Rusiya hərbi dəniz donanması gəmilərinin bir qrupu səfərdə olub. İndi isə orada dəmir yolu tikintisi, hərbi təyyarə və tankların verilməsi ilə bağlı Taylandla danışıqlar aparılır. Bundan başqa, Rusiyanın İndoneziyaya da qırıcılar satmaq istəməsi bildirilir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info