Azərbaycanlı könüllü gənclərdən təqdirəlayiq addım
Tarix: 16.06.2015 | Saat: 16:21:00 | E-mail | Çapa göndər


Tiflisdə baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılmasında Marneulidən olan 15 nəfər azərbaycanlı gənc də iştirak edir. Onlar Tiflis şəhər meri David Narimaniya və meriya rəsmiləri ilə görüşdükdən sonra Qəhrəmanlar Meydanında görüləcək işlərlə tanış olublar. Hazırda gənclər yarım kilometrədək ərazini daşdan, çınqıldan və ağac qırıntılardan təmizləyiblər. Sonra isə asfalt yol yuyulub və yararlı vəziyyətə salınıb.
Qeyd edək ki, fəsadların aradan qaldırılmasında iştirak etmək istəyən könüllülər çoxdur, lakin hələlik yollar bağlıdır və xüsusi texnikanın keyfiyyətlə işləməsinə şərait yaradılır və könüllülər daha çox iri texnika işləməyən ərazilərə cəlb olunub.

Qeyd edək ki, bu gün fəsadları aradan qaldırılması zamanı çoxlu sayda avtomobillər çıxarılıb.
Qeyd edək ki, ötən gün qeyri-iş günü elan olunduğundan fəlakət baş verən ərazidə şəhər sakinlərinin gediş-gəlişi azalıb və əraziyə giriş qadağan olunub, bu da infrastrukturun bərpa olunmasına şərait yaradıb.
Bu gün təbii fəlkət sahəsinə vurulan zərərin aradan qaldırılması və təmizlik işləri görmək üçün Gürcüstan Silahlı Qüvvələrin Milli Qvardiyası, Silahlı Qüvvələrin texnika üzrə mühəndisləri də müxtəlif işlərin həyata keçirilməsinə qoşulublar. Ərazidə 50-dək xüsusi texnika işləyir.
Tiflis səmasında isə helikopterlər kəşfiyyat xarakterli uçuşlar həyata keçirir. Məlumata görə, Gürcüstanda iyunun 15-dən başlayaraq havaların yağışlı keçəcəyi proqnozlaşdırılır.
Tiflis şəhər meri David Narimaniya və ətraf mühit və təbii resurslar naziri Qiqla Aqulaşvili bu gün yenə də fəsadların aradan qaldırılmasında son tamamlama işlərinə nəzarət etmək üçün fəlakət ərazisində olub. Hər iki rəsmi şəxs Svanidze küçəsində yaşayan zərərçəkən ailələrə də baş çəkiblər. D. Narimaniya jurnalistlərə açıqlamasında gecə saatlarında Qəhrəmanlar Meydanının dairəvi yollarının açılacağını bildirib: "Sabah Tiflisin mərkəzi küçələrində hərəkət bərpa olunacaq". Şəhər meri həmçinin infrastruktura dəyən ziyanın 40 milyon lari olduğunu bildirib. D. Narimaniya bu məbləğin artacağını da deyib. O, fəsadlardan sonra yol infrastrukturunun tikintisinin hansı vəziyyətdə olmasının yolları təmizlədikdən sonra bilinəcəyini də qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info