“Şərqi Avropada ağır hərbi texnika yerləşdirmək ABŞ-ın planıdır”
Tarix: 16.06.2015 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


“Şərqi Avropada ağır hərbi texnika yerləşdirmək planı NATO-ya yox, yalnız ABŞ-a məxsusdur”.
Bu barədə “RİA Novosti”yə Pentaqonun rəsmi nümayəndəsi Ceyms Brindl bildirib.
“Bu ABŞ-ın planıdır”, deyə o qeyd edib.
Brindl həmçinin əlavə edib ki, ABŞ hələlik məsələ ilə bağlı qərar verməyib.
Qeyd edək ki, bir neçə gün əvvəl “The New York Times” nəşri rəsmi mənbələrə istinadən dərc etdiyi məqalədə bildirirdi ki, Pentaqon Şərqi Avropada beş min hərbçisini təmin edə biləcək sayda ağır texnikasını yerləşdirmək imkanlarını nəzərdən keçirir.
Nəşr qeyd edir ki, “Pentaqon Avropada mümkün Rusiya təcavüzünün qarşısını almaq məqsədi ilə Baltikyanı və Şərqi Avropa ölkələrində beş min amerikalı hərbçini təmin edilməsinə kifayət ola biləcək sayda tanklar, PDM və sair ağır texnika yerləşdirə bilər”.
Nəşr bildirir ki, ABŞ hərbi texnikası regiondakı müttəfiq ölkələrin hərbi bazalarında müxtəlif sayda yerləşdirilə bilər. Belə ölkələr arasında Litva, Latviya, Estoniya, Polşa, Rumıniya, Bolqarıstan və Macarıstan qeyd edilir.
Ötən gün NATO nümayəndələri Alyansın bu plana aidiyyatının olmadığını bəyan ediblər.
Ağ Ev nümayəndəsi Coş Ernest isə, öz növbəsində, bildirib ki, texnikanın Şərqi Avropada yerləşdirilməsinə dair qərar müzakirənin ilkin mərhələsindədir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info