Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: “Bundestaqın qətnaməsi qərəzlidir”
Tarix: 16.06.2015 | Saat: 16:49:00 | E-mail | Çapa göndər


İyunun 12-də Almaniya Bundestaqında ölkəmizə qarşı qərəzli, böhtan xarakterli, ictimai-siyasi sabitliyə, inkişafa və mövcud tolerantlıq mühitinə kölgə salmağa cəhd edən qətnamə qəbul olunub. Qətnamədə ölkəmizdə din azadlığının məhdudlaşdırılması, qeyri-islam dini icmalara qarşı ayrı-seçkilik və diskriminasiya hallarına yol verildiyi iddia olunur. Məqsədyönlü və qərəzli xarakter daşıyan, heç bir əsası olmayan, cəfəngiyat dolu bu sənədin qəbul olunması iki ölkə arasında münasibətlərə zərər gətirməklə yanaşı, Azərbaycan ictimaiyyəti tərəfindən də ciddi etirazla qarşılanıb. Bununla bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi etiraz bəyanatı yayıb. Bəyanatda deyilir:
“Bildirmək istəyirik ki, Azərbaycanda dini etiqad azadlığı Konstitusiya və “Dini etiqad azadlığı haqqında” Qanunla təsbit olunub. Dövlətin din siyasəti bütün dini konfessiyalara bərabər şəraitin yaradılması, dini icmalara və ibadət yerlərinə dövlət qayğısı əsasında formalaşıb. Azərbaycan dünyəvi dövlət olsa da, dövlət tərəfindən daima dinə xüsusi diqqət və qayğı göstərilir. Məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da təmir-bərpa edilir, yeniləri tikilərək inanclı insanların istifadəsinə verilir. Hər il dövlət başçısı tərəfindən Prezidentin Ehtiyat Fondundan dini icmaların fəaliyyəti üçün maliyyə vəsaiti ayrılır. Bu il üçün də ayrılmış həmin vəsaitin 400 min manatı qeyri-islam dini icmalarına verilib.
Azərbaycan xalqı tarixən tolerant və multikultural xalqdır. Ölkəmizdə heç bir tarixi dövrdə dini, irqi və etnik zəmində qarşıdurma halları baş verməyib. Azərbaycanın tolerantlığı, dövlətin multikulturalizm siyasəti bütün dünyada nümunə və müsbət təcrübə kimi qəbul edilir. Dini etiqadından asılı olmayaraq, qanunvericiliyin tələblərinə cavab verən bütün İslam və qeyri-islam dini icmalar rəsmi dövlət qeydiyyatına alınır və sərbəst şəkildə fəaliyyət göstərir.
Almaniya Bundestaqının Azərbaycana bu cür mənfi münasibət göstərməsi, ölkəmizi ayrı-seçkilikdə və diskriminasiyaya yol verməkdə ittiham etməsi qəbuledilməzdir. Belə ki, Almaniyada son illər geniş vüsət alan islamafobiya prosesləri etnik və dini zəmində toqquşmalarla müşayət olunur. Bu proses indi də davam etməkdədir. Almaniya 2010-cu ildə rəsmi şəkildə multikulturalizmdən imtina edərək, bu gün yaşanan İslam əleyhinə hərəkatlara və islamafobiyanın geniş yayılmasına rəvac verib. Yaxşı olardı ki, Almaniya Bundestaqında Azərbaycanla bağlı məsələni müzakirə edən bəzi deputatlar və ayrı-ayrı siyasi dairələr öz ölkələrindəki islamafobiya, anti-islam hərəkatını, dini və etnik ayrı-seçkiliyin səbəblərini və fəsadlarını müzakirə edərək qiymətləndirsinlər.
Bu cür neqativ halların yaşandığı, insanların dövlət səviyyəsində dini ayrı-seçkliyə məruz qaldığı cəmiyyətin ali qanunverici orqanının ölkəmizə dair insan haqlarının pozulmasını iddia etməsini və ölkəmiz haqqında əsassız ittihamlar səsləndirməsini qəti şəkildə pisləyirik.
Azərbaycan sürətlə inkişaf edən dövlətdir. Bu inkişafa, tərəqqiyə kölgə salmaq istəyən, ölkəmiz haqqında beynəlxalq ictimaiyyətdə mənfi rəy formalaşdırmağa çalışan heç bir qüvvə bu istəyinə nail ola bilməyəcək”.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info