BOK Prezidenti Oyunlarda “idman gücü“nü vurğulayır
Tarix: 16.06.2015 | Saat: 17:32:00 | E-mail | Çapa göndər


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Prezidenti Tomas Bax idmanın mədəni və siyasi fərqləri aradan qaldırmaq və müxtəlif dövlətləri təmsil edən idmançıları Avropa Oyunları kimi çoxsaylı idman növlərini əhatə edən beynəlxalq tədbirdə birləşdirməyə qadir olan gücünü vurğulayıb.
Cənab Bax, “Bakı-2015” Avropa Oyunlarında Bakıya səfəri zamanı bildirib: “Biz, rus idmançıların ukraynalı idmançılarla bir arada mübarizə apardığını görürük. Bu Oyunlarda Serbiya və Kosova komandaları iştirak edir, həmçinin biz erməni idmançılarını Oyunlara ev sahibliyi edən Azərbaycan idmançıları ilə yanaşı görürük. Bütün bu idmançılar açılış mərasimində birlikdə keçid nümayiş etdirdilər.
“Bu, milliyətindən, vətəndaşlığından və ya dini etiqadından asılı olmayaraq, insanları bir araya gətirən idmanın gücündən xəbər verir. Bu, bəlkə də yalnız idmanın edə biləcəyi işdir.”
BOK Prezidenti cümə günü bir çox ölkə başçıları və BOK üzvləri ilə birlikdə birinci Avropa Oyunlarının açılış mərasmində iştirak edib, daha sonra o, triatlon, karate və güləş yarışlarını izləyib, həmçinin Bakı şəhərində yerləşən Atletlər Kəndinə ziyarət edib.
Cənab Bax əlavə edib: “Açılış mərasimi, həqiqətən möhtəşəm idi, şouda tarix, simvolizm və mədəniyyət öz əksini tapıb. Açılış Mərasimi və Avropa Oyunlarının bütöv təşkili, təşkilatçıların bu cür qısa müddət ərzində gördükləri əzəmətli işin nəticəsidir. Bu, böyük nailiyyətdir.”
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info