Açılış mərasimi partiya sədrlərini də heyran edib
Tarix: 16.06.2015 | Saat: 18:11:00 | E-mail | Çapa göndər


“Azərbaycan dünyaya möhtəşəm bir nümunə təqdim etdi”

İyunun 12-də “Bakı-2015” Avropa Oyunlarının açılış mərasiminə dəvət edilən və iştirak edən bir sıra müxalif partiyaların sədrləri təəssüratlarını bölüşüblər. Sosial şəbəkələrdə yayılan bu fikirlərdə Oyunlarla bağlı mübət fikirlər səslənib. KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, təəssüratları möhtəşəmdir: “Çox yüksək səviyyədə təqdimat, tərtibat ortada idi. Çox möhtəşəm açılış mərasimi oldu”.
AMİP sədri Yusif Bağırzadə açılış mərasiminin möhtəşəm keçdiyini, mərasimdən heç vaxt unutmayacaq təəssüratla ayrıldığını bildirib: “Kifayət qədər peşəkar təşkilatçılıq özünü göstərdi. Açılış mərasimində bütün kompozisiyalar, musiqi və digər detallar Azərbaycanın milli koloritini, tarixini, musiqisini, ədəbiyyatını özündə əks etdirdi. Azərbaycanın dünyada təbliğində, şübhəsiz ki, bu mərasimin xüsusi rolu oldu. İştirak edən xarici qonaqlar heyrətlərini gizlədə bilmirdilər”.
ADP sədri Sərdar Cəlaloğlu deyib ki, açılış mərasimi dünyada səviyyəsinə görə rekord sayılacaq qədər yüksək səviyyədə idi: “Dünyanın bundan sonra hansısa başqa bir ölkəsinin belə bir möhtəşəmliyi təkrarlaya biləcəyinə inanmıram. Avropa Oyunlarının açılış mərasimi səviyyəsinə görə dünya səviyyəsində keçirilən beynəlxalq olimpiya yarışlarının açılış mərasimini belə kölgədə qoydu. Bu səviyyədə açılış mərasimi qitə oyunlarından qat-qat artıq miqyasda idman tədbirlərinin açılış mərasiminə bənzədi. Məncə, bundan sonra heç bir beynəlxalq idman yarışlarının açılış mərasimi birinci Avropa Oyunlarının açılış mərasimini kölgədə qoya bilməyəcək. Azərbaycan faktiki olaraq dünyaya bir möhtəşəm nümunə təqdim etdi. Biz bundan əvvəl çox beynəlxalq idman yarışlarının açılışına baxmışıq. Hamısında əsasən idmanla bağlı şoular göstərilib. Birinci Avropa Oyunlarının açılış mərasimində isə Azərbaycanın tarixi, mədəniyyəti, mifologiyası, ədəbiyyatının təqdimatı həyata keçirildi. Çox möhtəşəm idi. Mən açılış mərasiminin təsiri altında iki saatdan artıq müddətdə bütün dünyanı unutdum, sehrli bir aləmə düşmüş kimi təəssüratlar yaşadım. Bütün kompozisiyalar Azərbaycan ruhunun nə qədər yüksək olduğunu yüksək səviyyədə nümayiş etdirdi”.
Azadlıq Partiyasının sədri Əhməd Oruc mərasimin yüksək səviyyədə keçirildiyini bildirib: “Milli mədəniyyətin təqdimatı əsas leytmotiv idi. Müasir və milli bir kompozisiya təqdim olundu. Bu oyunlarda ən çoxsaylı komandalarla iştirak edən Almaniya, Fransa kimi ölkələrin liderlərinin siyasi məqsədlərlə açılışa qatılmaması və açılış günündə bu dövlətlərin nəzarətində olan bir sıra institutların qəbul etdiyi sənədlər Qərbin bu oyunlardan Azərbaycana təzyiq vasitəsi kimi istifadəsini bir daha göstərdi. Bu ölkələrə müstəqil olaraq böyük idman tədbirlərinə ev sahibliyi edən Azərbaycan deyil, onların qapazaltısı olan Azərbaycan gərəkdir. Bu liderlər 24 apreldə olmayan soyqırıma görə İrəvanda idilər, amma indi real sülh simvoluna, idman oyunlarına görə Bakıya gəlmədilər. İdmançılarımıza uğurlar arzulayıram. Ölkəmizdə ilk dəfədir ki, bu cür milli məsələdə sivil dövlətlərdə olduğu kimi iqtidar və müxalifət partiyaları bir yerdə olub, milli məsələdə birlik və bərabərlik mesajı verdi”.
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, Avropa Oyunlarının açılış mərasimi gözlədiyindən də yüksək səviyyədə baş tutdu: “Düzünü desəm, bu qədərini gözləmirdim. İlk növbədə açılış mərasimi müasirliyi, səhnə tərtibatının peşəkarlığı ilə fərqləndi. Digər tərəfdən açılış mərasiminin ideoloji seçimi çox düzgün idi. Milli arnamentlər, boyakarlıqdan əxz olunmuş hissə, musiqimiz, ifa tərzi, böyük Nizaminin əsərlərinin miniatürlərinin, Qobustan qayalarının nümayiş etdirilməsi Azərbaycanın milli cəhətləri olaraq dünyaya təbliği idi. Musiqilərdə bizim bəstəkarlardan istifadə olunması, ”Sarı gəlin" mahnısının ifa olunması, Alim Qasımovun muğam, Qarabağ şikəstəsinin elementlərini ifa etməsi çox gözəl idi. Alovun məhz paraolimpiyaçı İlham Zəkiyev tərəfindən gətirilməsi və onun məhz Qarabağ döyüşündə zədə alması bir daha göstərdi ki, bu mərasimin seçiminə qərar vermiş insanların Qarabağ probleminə münasibəti necədir. Çox gözəl açılış nümayiş etdirildi. Bu, Azərbaycanın dünyaya yüksək səviyyədə təqdimat mərasimi idi. İnanmıram ki, bundan sonra hansısa bir ölkə belə bir nümunə ortaya qoya bilsin. Mən Oyunların təşkilində zəhməti olan hər kəsə dərin təşəkkürümü bildirirəm".




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur
16.11.2018
“Azərbaycanda hakimlərin sayı azdır”
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info