Əjdər Cəfərov: “Bu cür uğurlar qazanmağımız təsadüfi deyil”
Tarix: 16.06.2015 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


“Biz bu gedişlə rekord sayda medal əldə edəcəyik”. Bunu Azərbaycan Güləş federasiyasının (AGF) baş katibi Əjdər Cəfərov deyib.
AGF-nin baş katibi qeyd edib ki, dünya idmanının tarixində yeni səhifə açan birinci Avropa Oyunlarında güləşçilərimiz uğurlu çıxışları ilə həm xalqımızı, həm də federasiyanı çox sevindirirlər: "Yarışların ilk üç günündə qazandığımız 8 medal həqiqətən də yaxşı göstəricidir. Deyərdim ki, bu gedişlə biz rekord sayda medal əldə edəcəyik. Hələ qarşıda sərbəst güləşçilərimiz də xalça üzərinə çıxacaq”.
Ə.Cəfərov bildirib ki, güləşçilərimiz qazanılan uğurlarla kifayətlənməyəcək: “Bir məqamı xüsusilə vurğulamaq istəyirəm. Yarışların ilk günündən Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvlərinin daim idmançıların yanında olması bizə əlavə stimul verir, qələbələrə ruhlandırır. Bu cür uğurlar qazanmağımız təsadüfi deyil. Dövlətimizin idmana, güləşə göstərdiyi diqqət və qayğı sayəsində nailiyyətlərimiz gündən-günə artır. Mən Azərbaycan Prezidenti İlham Əliyevə, Azərbaycanın birinci xanımı, Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya öz minnətdarlığımı bildirirəm ki, daim idmançıların yanındadırlar, hər zaman bizə dəstək olurlar. Biz də öz növbəmizdə qarşıdakı günlərdə də xalqımızı qələbələrlə sevindirməyə çalışacağıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Cüdoçumuz İrina Kindzerska dünya çempionatında növbəti qələbəsini qazanıb
26.09.2018
Ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
26.09.2018
Cüdo üzrə dünya çempionatında fərdi mübarizəyə yekun vurulacaq
25.09.2018
Monqolustan Prezidenti cüdo üzrə dünya çempionatının yarışlarına baxıb
25.09.2018
Cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10146

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info