Mətbuat Şurasının təşəbbüsü ilə jurnalistlərin fransalı senatorlarla görüşü keçirilib
Tarix: 16.06.2015 | Saat: 18:37:00 | E-mail | Çapa göndər


Ötən şənbə Beynəlxalq Mətbuat Mərkəzində Fransa Senatının üzvləri Natali Qulenin və Andre Riçardın jurnalistlərlə görüşü keçirilib. Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə baş tutmuş görüşü giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov açıb. Ə.Amaşov öncə I Avropa Oyunlarının möhtəşəm açılış mərasimindən söz açıb. Ölkəmizin bu beynəlxalq tədbirlə dünyanı dostluğa, sülhə, qardaşlığa, bərabərliyə səslədiyini vurğulayıb.
Senator N.Qule də I Avropa Oyunlarının açılış mərasiminin onda zəngin təəssürat yaratdığını vurğulayıb. O bildirib ki, Azərbaycan belə təqdimatla dünyaya sülh və barış mesajını verməklə yanaşı, özünün mühüm mədəniyyət mərkəzi kimi təqdim edib. O, habelə Azərbaycanın Qərbin mühüm strateji tərəfdaşı olduğunu diqqətə çatdırıb. Xüsusən də Azərbaycan-Fransa münasibətləri üzərində dayanıb. Ölkələr arasındakı dostluq əlaqələrinin müxtəlif istiqamətlərini sadalayıb. N.Qule I Avropa Oyunları öncəsi Azərbaycana təyziq cəhdlərindən də danışıb. Azərbaycanın Qərbin mühüm tərəfdaşı olduğunu bir daha vurğulamaqla ölkəmizin şimalda Rusiya, cənubda İran dövlətilə qonşu olduğunu xatırladıb və əlavə edib ki, Qərb mətbuatı mövcud reallığı mütləq şəkildə nəzərə almalıdır.
Milli Məclisin deputatı, Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri Cavanşir Feyziyev də I Avropa Oyunlarının açılış mərasiminin yüksək səviyyədə təşkilindən qürur hissi keçirdiyini dilə gətirib. Mühüm idman hadisəsinin dünyaya çatdılması üçün beynəlxalq miqyasda tanınmış kütləvi informasiya vasitələrinin ölkəmizdə təşrif buyurduğunu qeyd edən C.Feyziyev bildirib ki, MŞ xarici media nümayəndələrinin və siyasi ictimai xadimlərin yerli jurnalistlərlə görüşünün təşkilinə xüsusi önəm verir. Bu baxımdan İsrailin və Türkiyənin media nümayəndəri ilə təmaslarının olduğunu deyib.
Fransa-Azərbaycan dostluq qrupunun üzvü, senator Andre Riçard çıxışına ölkəmizdə keçirilən I Avropa Oyunlarının açılış mərasimi barədə təəssüratlarını bölüşməklə başlayıb. Mərasimin onu valeh etdiyini bildirən A.Riçard Fransanın oyunlarda iştirakçı idmançı sayına görə 3-cü yerdə qərarlaşdığını əlamətdar hal kimi diqqətə çatdırıb. O, gənc müstəqil dövlət olan Azərbaycanın böyük perspektivə malik olduğunu vurğulayıb.
Görüşdə senatorlar N.Quleyə və A.Riçarda Azərbaycan və Fransa arasındakı dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mətbuat Şurasının fəxri diplomları təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Azərbaycan elektron hökumətin yeni modelinə keçəcək
25.04.2019
Hərbi xidmətini başa vurmuş gənclərin Kürdəmirdə təntənəli qarşılanması mərasimi keçirilib
25.04.2019
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
25.04.2019
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25.04.2019
“Bakcell” Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info