“Musiqi, Azərbaycan xalçaları, “Qobustan” rəsmləri çox xoşuma gəldi”
Tarix: 16.06.2015 | Saat: 18:47:00 | E-mail | Çapa göndər


Bakıda I Avropa Oyunlarının açılış mərasimi fövqəladə zərif şou oldu və hamını heyran etdi. Bu barədə “Trend”ə İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutillonun xanımı Elizabet Kutillo deyib.
O bildirib ki, şounun hər anı son dərəcə gözəl idi: “Musiqi, Azərbaycan xalçaları, “Qobustan” rəsmləri çox xoşuma gəldi. Bunların hamısı çox romantik idi və mərasimdə iştirak etmək imkanım olduğu üçün çox xoşbəxtəm”.
E.Kupillo artıq iki ildir Azərbaycanda yaşadığını və bu müddət ərzində ölkəni sevməyə başladığını qeyd edib: “Azərbaycan çox gözəl və müasir ölkədir. Burada italiyalıları çox sevirlər, hər yerdə isti münasibətlə qarşılaşıram. Azərbaycan mətbəxini, xüsusilə qutab, plov və lülə kababınızı sevirəm”.
Xanım həmçinin İtaliya və Azərbaycan xalqları arasında oxşar cəhətləri vurğulayıb: “Hər iki xalq ailə və dostluğu qiymətləndirir, hər ikimizin oxşar yumor hissi var. Musiqi və gözəl olan hər şeyə məhəbbətlə yanaşırıq. Çox duyğusal xalqlarıq”.




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Türkiyə şəhidlərinin övladları Azərbaycana gəliblər
17.01.2019
İki nəfər Zabrat qəsəbəsindəki Sosial Sığınacağa aparılıb
17.01.2019
Açıq dənizdə dalğanın hündürlüyü 7,9 metrə çatıb
17.01.2019
DİN: Məmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb
17.01.2019
“Loqos” turizm şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info