Lənkəranda Milli Qurtuluş Günü qeyd olunub
Tarix: 16.06.2015 | Saat: 19:52:00 | E-mail | Çapa göndər


Lənkəran şəhərində Lənkəran Şəhər İcra hakimiyyəti, ADDIM Gənclər təşkilatı və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar “Qurtuluşumuz və Xilaskarımız” adlı tədbir təşkil olunub.
Tədbirin məqsədi gənclərimizi Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri ,kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsi, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarması haqqında məlumatlandırmaq, gələcək nəsillərə bu şərəfli tarixi çatdırmalarına vəsilə olmaqdır.
Lənkəran Şəhər İcra Hakimiyətinin rəsmisi tədbiri açıq elan edərək xalqımızın qurtuluşu gününün tarixinin hal-hazırki müstəqil Azərbaycan üçün nə qədər əhəmiyyətli bir tarix olduğunu vurğulayıb. Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə Heydər Əliyevin Naxçıvanda başladığı milli qurtuluş savaşının zəfər yürüşü , müstəqillik hərəkatında bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəlməsi həmçinin tariximizin hərc-mərclik dövrü, ağır tənəzzül illərində ulu öndərin qurtuluş mücadiləsi haqqında tədbir iştirakçılarına məlumat verib.
ADDIM Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə dahi öndərin və xilaskarın şərəfli ömür yolunun və fəaliyyətinin Azərbaycan tarixindəki rolundan danışıb. Azərbaycan gəncliyini öndərimizin yaratdığı sivil , demokratik bir cəmiyyətin layiqli vətəndaşları olmağa səsləyib. Daha sonra Hüseyn Cavadzadə iştirakçıları Heydər Əliyev Fondunun tədbir üçün hazırladığı və ADDIM təşkilatına sunduğu “Heydər Əliyev həyatı, fəaliyyəti, Azərbaycan tarixində qoyduğu şərəfli izlərlə bağlı hazırlanmış sənədli filmləri” izləməyə dəvət edib.
Sonda tədbir iştirakçıları 1992-1993 cü il Azərbaycanın olduğu siyasi durumu, xaos və çaxnaşmaları və dahi şəxsiyyətin Azərbaycan xalqının quruluşu yolunda keçdiyi məşəqqətli yolları əks etdirən filmi izləyiblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info