Avropa Azərbaycanlıları Konqresi Avropa Parlamentini ədalətli olmağa çağırır
Tarix: 16.06.2015 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Avropa Azərbaycanlıları Konqresi (AAK) bəyanatla çıxış edib. Avropa Parlamentinin bir sıra komitə sədrlərinə ünvanlanmış bəyanatda Bakı 2015 I Avropa Oyunlarının önəmi vurğulanaraq, Azərbaycan diasporunun Avropanın siyasi dairələrinin və media qurumlarının qərəzli çıxışlarına qarşı kəskin etirazı bildirilib.
Konqresdən verilən məlumata görə, bəyanatda qeyd olunur ki, iyunun 12-də Azərbaycan böyük bir hadisənin gerçəkləşməsinə ev sahibliyi etdi, dilindən, dinindən, irqindən asılı olmayaraq bütün dünya idmançılarına qonaqpərvərlik göstərməkdədir. Bakıda baş verən bu tarixi hadisə dünya azərbaycanlıları və o cümlədən Avropada yaşayan azərbaycanlılar üçün qürurvericidir.
AAK Avropa Parlamenitinin diqqətinə çatdırır ki, 2011-ci ildə "Eurovision" mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olduqdan sonra ikili standartlarla üzləşən Azərbaycan, bu dəfə də ona qarşı aparılan ədalətsiz kampaniyanın, əks-təbliğatın şahidi olub: "Azərbaycanın iqtisadi inkişafı, müstəqil siyasət yürütməsi bəzi dairələri narahat edir. Dünyanın diqqətini Dağlıq Qarabağ probleminin həllinə, bir milyondan artıq Azərbaycan vətəndaşının pozulmuş hüquqlarının bərpasına, Azərbaycan vətəndaşlarının öz torpağında qanunsuz girov götürülməsinə, Xocalı soyqırımının acı nəticələrinə cəlb etmək yerinə, müzakirə edilən mövzular qeyri-dəqiq məlumatlar əsasında qurulan tənqidlə əvəz edilir”.
AAK bəyan edir ki, Bakıda keçirilən bu möhtəşəm idman tədbiri siyasiləşdirilməməli, əksinə bütün Avropanın uğuru kimi qiymətləndirilməlidir.
AAK Avropa Parlamentini ədalətli olmağa çağırır, Azərbaycana qarşı ermənilərin təsiri ilə formalaşmış qərəzli mövqeyindən çəkinməyi tələb edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.01.2019
Tural Gəncəliyev Avropa İttifaqı təmsilçilərilə görüşüb
24.01.2019
Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Əli Abdalov Mehman Hüseynovla barışıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info