Lüdviq Makssimilyan Universitenin nümayəndələri “Naxçıvan“ Universitetində olublar
Tarix: 16.06.2015 | Saat: 20:11:00 | E-mail | Çapa göndər


Naxçıvan" Universiteti respublikamızın bir çox ali məktəbləri ilə yanaşı çoxsaylı xarici universitetlər və beynəlxalq qurumlarla da əməkdaşlıq müqavilələri imzalamışdır ki, bu əməkdaşlıqlar ortaq elmi proqramların və konfransların keçirilməsinə, tələbə mobilliyinin artırılmasına, müəllim, tələbə mübadilələrinin həyata keçirilməsinə yüksək təsir göstərmişdir. Hazırda Universitetin Avropanın və eyni zamanda Türkiyənin bir sıra Universitetləri ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur.Geniş əlaqələrə malik olan Naxçıvan Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülşən Orucovanın rəhbərliyi ilə universitetlərarası əməkdaşlıq bir neçə istiqamət üzrə davam və inkişaf etdirilir. Belə ki, “Naxçıvan” Universitetində yenicə açılan Alman dili ixtisası ilə əlaqədar Almaniyanın Münhen şəhərinin Lüdviq Maximilian Universitenin 2 nümayəndəsi “Naxçıvan” Universitetində olmuşdur. Görüş zamanı ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev qonaqları salamlamış, “Naxçıvan” Universitetinin keçdiyi inkişaf yolundan ətraflı danışmışdır. Bildirilmişdir ki, bu gün “Naxçıvan” Universiteti sözün əsl mənasında inkişaf mərhələsini yaşayır. Təhsil ocağına göstərilən qayğının nəticəsidir ki, artıq ötən ildən universitetin maddi-texniki bazasını gücləndirmək məqsədilə bir neçə əsaslı tədris və inzibati korpuslar tikilib. Rektor qonaqların diqqətinə onu da çatdırmışdır ki, Universitetin beynəlxalq əlaqələri bu universitetdə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına, onun struktur quruluşunun idarəetmə metodlarının, tədris proqramlarının məzmununun, texniki təzhizatının və təhsil prosesinin beynəlxalq standartlara uyğun şəkildə qurulmasına və inkişafına yönəlmişdir.
Lüdviq Maximilian Universitenin əməkdaşları Ferran Suner və Jorge Roche çıxışlarında hər iki universitet arasındakı əməkdaşlıqdan, fakültələrarası imzalanacaq akademik mübadilə üzrə məsələlərdən,proqramın icrası üçün maliyyə məsələlərindən danışmışlar. Bundan başqa, ixtisasartırma kurslarında iştirak edəcək müəllimlər üçün LMU tərəfindən ediləcək güzəştlər və digər məsələlər də müzakirə edilmişdir. 2015 – 2016-cı akademik il ərzində alman dili müəllimlərinin 1 il müddətinə Münhenə ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulmuşdur. Həmçinin həmin müddət ərzində LMU-dan ixtisaslı kadrların 1 və ya 2 semesterlik “Naxçıvan” Universitetinə dəvət olunması, müxtəlif təlim kursları və workshopların keçirilməsi sahəsində də danışıqlar aparılmışdır. Bu məsələlərlə əlaqədar universitetin tədris şöbəsi və xarici dillər kafedrasının heyəti ilə görüş olmuşdur. Onu da qeyd edək ki, LMU-nun əməkdaşları ali təhsil ocağında dil tədrisi sahəsində yeni metodların tətbiqi üzrə treninqlər də təşkil etmişlər.
Məlumat üçün onu da qeyd edək ki, “Naxçıvan” Universitetində yeni açılan Alman dili ixtisasının proqram və tədrisinin təkmilləşdirilməsi üçün Almaniya Akademik Mübadilə Xidmətinin Azərbaycandakı təmsilçisi DAAD-ın vasitəsi ilə Almaniya universitetləri ilə ikitərəfli əməkdaşlıqların yaradılması məqsədilə DAAD-ın nümayəndəsi də “Naxçıvan Universitetin”də olmuşdur.
DAAD-ın Bakı informasiya mərkəzinin direktoru Stefani Defaux çıxışında Almaniya universitetlərindən olan akademik heyətin DAAD-ın təlimçilər üçün həyata keçirdiyi “Qısa müddətli təlim” proqramı vasitəsi ilə “Naxçıvan” Universitetində minumum 4 həftə maksimum 6 ay ərzində dərs keçmələri üçün təşəbbüs göstərmələrini söyləmiş, Alman dili üzrə dərsliklər və digər dərs vəsaitləri ilə universitetin təmin olunmasına, eləcə də Almaniya səfirliyi ilə ikitərəfli əlaqələrin yaradılması və alman ixtisası üzrə Almaniya səfirliyinin dəstək olmasını irəli sürmüşdür.
Nuray CƏFƏROVA




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info