“Milliyyet” qəzeti: “I Avropa Oyunlarında “Sarı gəlin bizim” mesajı verildi”
Tarix: 16.06.2015 | Saat: 21:01:00 | E-mail | Çapa göndər


“Xalçaların təqdimatı ilə Ermənistana da mesaj göndərildi ki, “bizim xalçalar daha məşhurdur”

Türkiyənin “Milliyyet” qəzetində I Avropa Oyunları, Bakı ilə bağlı təəssüratlar öz əksini tapıb. “İki dövlət-bir millət” dedikdə ağıla həmin an Azərbaycan və Türkiyə gəldiyini qeyd edən türkiyəli müxbir bu sözün mənasının Türkiyə Prezidenti R.T. Ərdoğanın I Avropa Oyunları üçün Bakıya səfərini izləyərkən daha yaxşı anlamaq imkanı əldə etdiyini deyir: “Türklərə qarşı “qardaş xoş gəldin” istiqanlılığını hiss etdirən azərbaycanlılar uşaqlarına türkcəni daha yaxşı öyrənmələri üçün türk cizgi filmləri izlədir, özləri də türk filmlərini təqib edirlər. Azərbaycan ilə əlaqələrimizin keçmişi çox qədimdir. Xaricdə ən çox türk şəhidlərinin olduğu məzarlıq Azərbaycandadır. Burada 9 şəhid məzarlığı var. 1918-ci ildə ermənilərlə azərbaycanlıların Bakıda döyüşləri zamanı Türkiyədən dəstək gəlib. Qoşunların komandiri Ənvər Paşanın qardaşı Nuru Paşanı sorduqda azərbaycanlılar “ermənilərdən bizi qurtaran” deyə xatırlayanların sayı az deyil. Söylənənlərə görə, Azərbaycan torpaqlarında 1500 nəfər türk şəhid yatır. Eyni zamanda Azərbaycandan Türkiyəyə 1915-ci ildə Çanaqqala döyüşlərində dəstək gəlib və 3 min azərbaycanlı burada şəhid olub. “Çırpınırdı Qaradəniz” adlı mahnı məhz iki ölkənin bu birliyini ifadə edir”.
Məqalədə həmçinin bildirilir ki, Bakının mərkəzindəki küçələrdə gənclərin əllərində musiqi alətləri ilə türk mahnılarını ifa etdiklərini şahidi olublar. Kafelər və restoranlarda türk sənətçilərinin kasetləri də səsləndirilir: “Niyə daha çox bizimkilər, deyə soruşduqda televiziyada daha çox türk kanallarına üstünlük verildiyini deyirlər. Türk kanallarına baxdıqda uşaqlar türk dilini daha düzgün öyrənirlər deyirlər. Türk mədəniyyətini və tarixini öyrənmək istəyənlərin də artdığı bildirilir. Osmanlı tarixinin təqdim edildiyi “Diriliş Ertuğrul” ən çox maraq göstərilən türk serialıdır. Hətta Türkiyə Prezidenti R.T.Ərdoğan da rəsmi ziyarət üçün Ankaraya gələn Azərbaycan dövlət başçısını öz sarayında məhz TRT də yayımlanan bu serialın musiqisi ilə qarşılanmışdı. Çünki bu, “Diriliş marşı” kimi qarşılanır”.
Məqalədə o da vurğulanır ki, gənclərin Türkiyə universitetlərində təhsil alması tələbi də artır. Yunus Emre Enstitüsü Bakü Terk Kültür Merkezinin müdiri Ali Cura bir il içərisində türk dilini öyrənmək üçün müraciət edənlərin sayının artdığını deyir. O, bildirib ki, biz türk dilini öyrədirik, imtahan keçiririk. İndiyə qədər 800 nəfərə sertifikat verdik. Burada eyni zamanda Türkiyə mədəniyyəti, tarixi, ədəbiyyatı, mətbəxini də öyrədilir.
I Avropa Oyunları ilə bağlı məqalədə qeyd edilir ki, Oyunların açılışında azərbaycanlılardan “Sarı Gəlin bizim” mesajı verildi: “Türkiyədə sevilən bu mahnının kimə aid olduğu qədimdən bəri müzakirə mövzusu olub. Bütün Avropa ölkələrində də canlı yayımlanan Oyunların açılış mərasiminin əvvəlində “Sarı Gəlin” mahnısı səsləndi ki, bütün azərbaycanlılar “dünyaya bu mahnı bizim mesajını verdik” deyirlər. Eyni zamanda xalçaların təqdimatı ilə Ermənistana da mesaj göndərildi ki, “bizim xalçalar daha məşhurdur”.
Məqalədə Bakı ilə bağlı təəssüratlarda o da göstərilir ki, əvvəlki vaxtlarla müqayisədə Bakı daha da yeniləşib: “Bunun arxasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dayanır. Şəhərin yeni ab-havası ilə bağlı çox vaxt sərf etdiyi və daim bunu təqib etdiyi bildirilir. Türkiyə ilə bağlı əhali “Özümüz, sözümüz, mədəniyyətimiz bir” deyirlər. Avropa Oyunlarının açılış mərasimində duyğulu anlar yaşanmasının şahidi olduq. 50 ölkədən, 6 mindən artıq idmançının qatıldığı Oyunlarda Türkiyəni 192 idmançı təmsil edir. 68 min tamaşaçı tutumlu Olimpiya Stadionunda gerçəkləşən açılış mərasimində idmançı qrupları keçərkən türk idman qrupuna maraq başqalarına görə daha fərqli idi. Azərbaycanlılar türk idmançıları keçərkən onları uzun müddət ayaqüstə alqışladılar”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


22.03 09:12 AFR bundestaqının büdcə komitəsi martın 20-də sabiq prezidentlərə və kanslerlərə xidmət göstərən heyətin ixtisar edilməsi, habelə sabiq prezidentlərin və kanslerlərin əlavə gəlirlərinin olması müəyyən edilsə, onların pensiyalarının məbləğinin azaldılması barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, istefada olan dövlət başçısının sərəncamında yalnız bir sürücü, bir dəftərxana işçisi, iki yardımçı referent və bir katib qalacaq. Səfərləri zamanı sabiq dövlət başçısının komandasının deyil, yalnız özünün pulu büdcədən ödəniləcək. Pensiyalara əlavələr olanda “sabiqlərin“ əlavə gəlirləri nəzərə alınacaq. Bundestaqda gizlətmirlər ki, deputatları bu addımı atmağa ölkənin sabiq kansleri Gerhard Şröderin “Qazprom“la münasibətləri sövq edib.
© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info