“Qazın keyfiyyəti və tərkibi ilə bağlı heç bir problem yoxdur”
Tarix: 29.01.2013 | Saat: 17:47:00 | E-mail | Çapa göndər


Araz Ağayev: “Mənzillərin havalandırma sistemləri, texniki təhlükəsizlik və tikinti qaydaları düzgün qurulubsa, qazdan zəhərlənmə ola bilməz”


Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda ölkə başçısının toxunduğu məsələlərdən biri də qazlaşdırma ilə bağlıdır. Ölkə başçısı bildirib ki, infrastruktur layihələri arasında qazlaşdırma layihələri də çox mühüm əhəmiyyət daşıyır: “Son illər bu sahədə də aparılan işlər təqdirəlayiqdir. Bu ilin investisiya proqramında da bu məqsədlər üçün vəsait nəzərdə tutulur. Hesab edirəm ki, bu ilin sonuna qədər ölkəmizin ümumi qazlaşdırma səviyyəsi 90 faizə çata bilər. Hər halda biz buna çalışırıq. Bölgələrdə gedən işlər deməyə əsas verir ki, biz bu hədəfə çatacağıq. Bu da çox yüksək göstəricidir. Nəzərə alsaq ki, ölkəmizin bir hissəsini dağlıq ərazilər təşkil edir, oraya qaz xətlərinin çəkilişi həm iqtisadi cəhətdən səmərəsizdir, həm texniki cəhətdən çox çətindir. Biz əhalimizin böyük hissəsini qazla təmin edəcəyik. Yeni borular çəkilir, yeni ölçü mexanizmləri, sayğaclaşma tamamilə yeni səviyyədə aparılır. Biz bu sahədə infrastrukturumuzu, demək olar ki, tamamilə yeniləşdirəcəyik”.

Ağdam və Qazax
rayonlarının qazlaşdırılması tam başa çatıb


2012-ci il ərzində “Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatının yaxşılaşdırılması, əhalinin ”mavi yanacaq”la itkisiz və keyfiyyətli təminatı istiqamətində mühüm işlər görülüb. Bu barədə məlumat verən “Azəriqaz”İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev bildirdi ki, ötən müddətdə yeni qaz xətləri çəkilib, istismara yararsız borular yeniləşdirilib, yenidənqurma işləri aparılıb, nəticədə uzun müddət təbii qaz almayan yaşayış massivləri ”mavi yanacaq”la təmin olunub. Belə ki, 01 yanvar 2013-cü il tarixə “Azəriqaz” tərəfindən 13 qazpaylayıcı stansiya və tənzimləyici məntəqə quraşdırılıb, 39-u əsaslı təmir olunub. 2012-ci il ərzində Birliyin sifarişi ilə 6362,7 kilometr uzunluğunda müxtəlif diametrli qaz xətləri çəkilib, 2855,3 kilometr uzunluğunda qaz kəməri əsaslı təmir edilib. Ümumiyyətlə, birliyin fəaliyyət göstərdiyi 2009-2012-ci illər ərzində 16157,7 kilometr uzunluğunda yeni qaz kəməri quraşdırılıb, 5953,9 kilometr uzunluğunda qaz kəməri əsaslı təmir edilib.
İstehlakçıların fasiləsiz və keyfiyyətli təbii qazla təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq, 01 yanvar 2013-cü il tarixə ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1483769-a (1465254 əhali, 18515 qeyri-əhali abonenti) çatdırılıb. Bu abonentlərin 664921-i Bakı şəhəri (655035 əhali, 9886 qeyri-əhali abonenti), 818848-i isə regionların payına düşüb (810219 əhali, 8629 qeyri-əhali abonenti). Ümumilikdə 1483451 abonent (99,98 faiz) sayğaclaşdırılıb ki, bu rəqəmin də 1464936-ı əhali (99,98 faiz), 18515-i qeyri-əhali (100 faiz) istehlakçılarıdır. Cari ilə qədər əhali abonentlərinin mənzillərində 594 mindən çox “smart-kart” tipli sayğac quraşdırılıb.
Yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpası məsələlərinə də xüsusi diqqət yetirildiyini deyən A.Ağayev bildirdi ki, ötən il 184 yaşayış məntəqəsi qazlaşdırılıb, 119527 yeni əhali abonenti təbii qazla təmin olunub. Birliyin fəaliyyəti dövründə qazlaşdırılmış yaşayış məntəqələrinin sayı 408-ə, qazla təchiz olunmuş yeni əhali abonentlərinin sayı 315524-ə çatdırılıb. Cəbhə bölgələrinə yaxın yaşayış məntəqələrinin və sərhəd rayonlarının qazlaşdırılmasına xüsusi diqqət yetirilib, Ağdam və Qazax rayonlarının qazlaşdırılması tam başa çatıb.

Qaz almayan yaşayış massivlərində “mavi
yanacağ”ın verilişi bərpa olunur


Bildirildi ki, il ərzində magistral kəmərlərin etibarlı qaz təchizatı və təhlükəsiz istismarını təmin etmək, eləcə də qaz itkisinin azaldılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. 1200 mm-lik “Qazıməmməd-Astara” magistral qaz kəmərinin Biləsuvar rayonu ərazisində Araz çayının yeni məcrasına düşən 131-138-ci kilometrlərarası sahəsində 7 kilometr uzunluğundakı hissəsi yenidən qurularaq istismarda olan qaz kəmərinə qoşulub. “Qazıməmməd-Astara” magistral qaz kəmərinin Hacıqabul rayonu ərazisindəki 196-cı kilometrliyində 2,2 kilometr uzunluğundakı hissəsi yeni borularla əvəz edilib, həmin ərazidən kənarlaşdırılaraq istismarda olan qaz kəmərinə qoşulub. 530 mm-lik “Azadkənd-İmişli” magistral qaz kəmərinin 19,9-cu kilometrliyində hissəsi yeni borularla dəyişdirilərək istismara verilib. Biləsuvar rayonu ərazisindəki Şorsulu Qazpaylayıcı Stansiyası yeni Avtomatik Qazpaylayıcı Stansiya quraşdırılmaqla yeni əraziyə köçürülüb. Bundan başqa şimal istiqamətindəki regionların tələbatçılarının qazla fasiləsiz təmin edilməsi və Rusiya Federasiyasına dayanıqlı qaz nəqlini təmin etmək məqsədi ilə 1200 mm-lik “Altıağac-Ağsu” magistral qaz kəmərinin 21-ci kilometrliyində 26 metr uzunluğunda boru yenilənib. Eləcə də Şamaxı rayonu Mədrəsə kəndi ərazisində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar olaraq 399 metr uzunluğunda 500 mm-lik drenaj xətti çəkilib. 1220 mm-lik “Mozdok-Qazıməmməd” magistral qaz kəmərinin 305-ci kilometrliyində Əngilan çay keçidində qəzalı vəziyyətdə olan 150 metrlik hissə yenisi ilə əvəz olunub.
Ölkənin qərb regionlarını, eləcə də Mingəçevir Elektrik Stansiyası və Gürcüstan Respublikasının dayanıqlı qaz təminatı üçün “Qazıməmməd-Qazax” 2-ci xətt magistral qaz kəmərinin 335,4-cü kilometrliyində 424 metr, “Qazax- Saquramo” magistral qaz kəmərinin 38,2-ci kilometrliyində 180,5 metrlik hissələri yeni borularla əvəz edilib.
Eyni zamanda, “Yevlax-Balakən” qaz kəmərinin 104-114 kilometrlərarası sahədə 9,2 km uzunluğunda 325-mm-lik qaz kəməri yeni borularla əvəz olunaraq istismara verilib, Hacıqabul Kompressor Stansiyası - Qaradağ Kompressor Stansiyası arası yeni fibrooptik kabel xətti çəkilib ki, bu da texnoloji rejimlərə nəzarət və idarələrarası birbaşa əlaqənin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Beləliklə, ölkənin hər yerində qaz təchizatı sisteminin yenidənqurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış massivlərində “mavi yanacağ”ın verilişi bərpa olunur, bu sahədəki mövcud problemlər intensiv şəkildə aradan qaldırılır. A.Ağayevin sözlərinə görə, cari ildə yanvarın 22-də Bərdə rayonunun Hüseynbəyli, Ərəblər, Qaraqoyunlu və Şərəfli kəndlərinə təbii qazın bərpası başa çatıb. Hüseynbəyli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 7321 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 6 ədəd siyirtmə, 69 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Qaraqoyunlu kəndinin qazlaşdırılması üçün 11662 metr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 145 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Ərəblər kəndinin qazlaşdırılması üçün 3777 metr uzunluğunda daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 65 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Şərəfli kəndinin qazlaşdırılması üçün isə ümumi uzunluğu 3978 metr olan kəmərlər çəkilib, 51 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb. Bundan başqa Ağcabədi rayonunun daha 2 kəndinə təbii qaz verilib. Yanvar ayının 25-də Ağcabədi rayonunun Avşar və Salmanbəyli kəndlərinə təbii qazın verilişi bərpa olunub. Qazlaşdırma işləri birpilləli sistem əsasında müasir standartlara cavab verən polietilen borularla həyata keçirilib. 1250 abonenti olan Avşar kəndinin qazlaşdırılması üçün müxtəlif diametrli 73112 metr boru çəkilib, 1250 ədəd “smart-kart” tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb. 456 abonenti olan Salmanbəyli kəndinin qazlaşdırılması üçün isə 22307 metr uzunluğunda boru çəkilib, 456 ədəd “smart-kart” tipli sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Onu da qeyd edək ki, son vaxtlar qazdan zəhərlənmə hadisələrini bəzən qazın tərkibinin təmiz olmaması ilə əlaqələndirirlər. Bununla bağlı Araz Ağayev bildirdi ki, istehlak edilən qazın tərkibi standartların tələblərinə tam uyğundur. Qazın keyfiyyəti və tərkibi ilə bağlı heç bir problem yoxdur. Mənzillərdə havalandırma sistemləri düzgün qurulubsa, bütün texniki təhlükəsizlik qaydalarına riayət olunursa və mənzillər tikinti qaydalarına uyğun qurulubsa bütün bunlar qazdan zəhərlənmələrin qarşısını alar. Bunun qazın keyfiyyəti ilə heç bir bağlılığı yoxdur.
Nigar ABDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Aksam.com.tr”: “TANAP və TAP Yunanıstan sərhədində birləşdi”
21.11.2018
SOCAR “Türkmənistan-2018: neft və qaz” sərgisində iştirak edir
21.11.2018
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
21.11.2018
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
21.11.2018
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info