Romella Mnaçakanyan: “Leyla və Arif Yunuslar və Xədicə İsmayılova Ermənistanın maraqlarını müdafiə etməkdən çəkinmirlər”
Tarix: 16.06.2015 | Saat: 23:44:00 | E-mail | Çapa göndər


Erməni müəllif Leyla və Arif Yunusları, Xədicə İsmayılovanı ifşa etdi

Azərbaycanın uğurla ev sahibliyi etdiyi ilk Avropa Oyunlarına böyük maraq var. Dünyanın əksər ölkəsinin idman həvəskarları tərəfindən izlənilən Oyunlarda böyük idman rəqabəti yaşanır. Həm qitənin tarixində ilk Oyunların olduğu, həm bir çox idman növləri üzrə Rio Olimpiadasına lisenziya verdiyi üçün Avropa Oyunlarında gərgin idman mübarizəsi yaşanır.
Amma çox təəssüf ki, bəzi dairələr Azərbaycanın uğurla ev sahibliyi etdiyi Avropa Oyunlarına qısqanclıqla yanaşır.

Əslində bu qısqanclıq Avropa Oyunlarına yox, Azərbaycanadır. Ölkəmizin müstəqil siyasətini, iqtisadi inkişafını, beynəlxalq aləmdə qazandığı müsbət imicini qəbul edə bilməyən dairələr, olimpiya ruhuna yaraşmayan şəkildə idmanı siyasiləşdirərək, ölkəmizə qarşı qərəzli yanaşma ortaya qoyurlar. Bir çox media orqanı və QHT-nin təxminən eyni vaxtda, eyni tezislər əsasında startını verdiyi bu kampaniyanın eyni mərkəzdən idarə olunmasına heç bir şübhə yoxdur. Bu məsələdə erməni diaspor təşkilatları da aktivlik nümayiş etdirirlər. Çünki Azərbaycanın güclənməsi, iqtisadi inkişafı, müasir, demokratik ölkə olmasından narahatlıq keçirənlərin sırasında erməni diasporu ön sıralarda dayanır. Bir çox beynəlxalq QHT və çox təəssüf ki, Avropa Parlamenti kimi beynəlxalq strukturlar erməni diasporu ilə işbirliyinə gedərək bu məsələdə alətə çevrilməyi özlərinə rəva bilirlər. “ArmenianReport” saytında Avropa Oyunları və Azərbaycana qarşı aparılan kampaniya ilə bağlı yazı yerləşdirilib.

“Onlar özlərində cəsarət taparaq erməni diasporunun israrla tələb etdiyi prinsipləri müdafiə edirlər. Leyla və Arif Yunuslar və Xədicə İsmayılova Azərbaycanda Qarabağ münaqişəsinin həllinin ədalətli (?) tərəfdarı olan azsaylı şəxslərdəndir”

Məqalənin müəllifi olan Romella Mnaçakanyan Ermənistan dövləti və diaspor təşkilatlarını kəskin tənqid edir ki, onlar Azərbaycana qarşı aparılan kampaniyaya lazımi şəkildə dəstək vermirlər. Müəllif yazır ki, diaspor təşkilatlarının bütün gücündən istifadə edərək Azərbaycana mümkün qədər çox zərbə vurmaq lazımdır: “Amma biz heç bir zərbənin şahidi olmuruq. Əslində erməni diaspor təşkilatları Azərbaycana qarşı təzyiqləri artırmalı, xaricdəki səfirliklər qarşısında aksiyalar keçirməlidirlər”. Müəllif yazısında etiraf edir ki, Ermənistan dövləti və diaspor təşkilatları onların maraqlarını müdafiə edən Leyla və Arif Yunusları, Xədicə İsmayılovanı müdafiə etməlidir. Əslində bu şəxslərin ermənilərlə iş birilyində olması ölkə ictimaiyyətinə çoxdan bəllidir. Amma erməni müəlliflərin bunu açıq şəkildə etiraf etməsi Leyla və Arif Yunusları, Xədicə kimiləri müdafiə edən bizim bəzi üzdəniraqlara da yaxşı dərs olsun. Romella Mnaçakanyan yazır: “Bu gün Azərbaycanda məhkum edilənlər arasında özündə cəsarət taparaq erməni diasporunun israrla tələb etdiyi prinsipləri müdafiə edən şəxslər var. Burada söhbət ilk növbədə Leyla və Arif Yunuslar və Xədicə İsmayılovadan gedir. Onlar Azərbaycanda Qarabağ münaqişəsinin həllinin ədalətli (?) tərəfdarı olan azsaylı şəxslərdəndir. Onlar çox azsaylı azərbaycanlılardandır ki, Ermənistanın və Qarabağ xalqının da maraqlarının olduğunu deməkdən və bunu müdafiə etməkdən çəkinmirlər. İndi onlar çətinlikdə olduğu bir vaxtda biz nə edirik? Qorxaqcasına kənara çəkilirik. Ermənistan hakimiyyəti Bakıya idmançı göndərməklə ikiüzlü və qorxaq olduğunu bir daha təsdiq etdi”. Erməni müəllifin yazısı bir daha təsdiqləyir ki, Leyla və Arif Yunuslar, Xədicə İsmayılova kimilər Azərbaycanın dövlət maraqlarının əleyhinə fəaliyyət göstərərək ermənilərlə iş birliyində olublar. Ermənilər üçün Qarabağ münaqişəsinin ədalətli həlli torpaqlarımızın işğalı faktına haqq qazandırmaqdır. Yunuslar və Xədicə kimilər isə bu “ədalətli həll yoluna” dəstək verməkdə onlara yardım ediblər. Erməni kəşfiyyatının nümayəndələri ilə keçirilən görüşlər onsuz da onların kimlərdən təlimat aldığını üzə çıxarmışdı. Amma iş o yerə çatıb ki, erməni ekspertlər Leyla və Arif Yunusların, Xədicə İsmayılovanın öz “adamları” olduğunu, onların maraqları üçün çalışdığını daha gizlətmirlər.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb
19.09.2018
“Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info