“Qərbin beynəlxalq gündəmi “hərbiləşdirmək” niyyəti dezinformasiyaya əsaslanır”
Tarix: 17.06.2015 | Saat: 01:50:00 | E-mail | Çapa göndər


Qərb liderlərinin zehnində soyuq müharibə dövründən ilişib qalmış düşüncələrin olmasına baxmayaraq, Rusiya prezidenti Putin ölkəsi ilə Qərb arasında birbaşa hərbi qarşıdurma mümkünsüzlüyü barədə fikirlər səsləndirib. Bu fikirlər amerikalı jurnalist Finnian Kanninhemə məxsusdur.
Amerikalı jurnalist yazır ki, britaniyalı siyasətçi Flip Xommondun ABŞ raketlərinin Böyük Britaniya ərazisində yerləşdirilməsi barədə Londonun hazırlıq gördüyü barədə bəyanatı Qərbin «Rusiya təcavüzü» ilə bağlı prinsiplərinə işıq tutur. O qeyd edir ki, ABŞ raketləri Britaniya ərazisində yerləşdirilməsi məsələsini 1987-ci ildə Sovet İttifaqı və ABŞ liderləri tərəfindən imzalanmış qısa və orta mənzilli raketlərin ləğvi haqqında sazişin Rusiya tərəfindən "pozulması" ilə əlaqələndirir. Kanninhem ABŞ-ın bu istiqamətdəki önləyici niyyətini xüsusi qeyd edir. Londonun ABŞ-ın nüvə arsenalı üçün əsas baza olmağa hazır olduğunu deyən Böyük Britaniyanın Xarici İşlər Nazirliyi bu qərarı Rusiyanın hərbi fəaliyyətinə "xəbərdarlıq əlamətləri" kimi xarakterizə edib. Onlar hesab edir ki, bu, Moskva üçün "aydın siqnal" olacaq. Kanninhemin qənaətincə, Britaniyanın belə bir addım atması, Londonun tələsik və təxribati addımı kimi dəyərləndirilməlidir. ABŞ raketlərinin ölkə ərazisində yerləşdirilməsi barədə Britaniya hökumətinin verdiyi razılıq soyuq müharibənin sonundan etibarən fəaliyyətdə olan qadağanın ləğv edilməsi deməkdir. Kanninhemə görə, Qərbin əsas siyasətçilərinin beynəlxalq gündəmi “hərbiləşdirmək” niyyəti onların dezinformasiyalarına əsaslanır. Belə ki, Amerika və Britaniyanın siyasi elitası Moskvanı "müharibə doktrinası" və Ukrayna münaqişəsində Minsk razılaşmasını pozmaqda ittiham edərək bu ölkəyə qarşı "isteriya"nı davam etdirirlər. Bütün bu ittihamları irəli sürməkdə Qərbin heç bir əsaslı dəlilləri belə yoxdur: “Nə Vaşinqton, nə Böyük Britaniya, nə də NATO Moskvanın qısa və orta mənzilli raketlərin ləğvi haqqında sazişi pozması ilə bağlı heç bir etibarlı sübut təqdim etməyiblər. Buna rəğmən Rusiyanın Avropa ölkələri üçün “təhlükə yaratdığını” iddia etməkdədirlər”. Amerikalı jurnalist belə hesab edir ki, beynəlxalq münasibətləri hərbiləşdirmək, hərbi ziddiyyətlər yaratmaq tipik “anqlosaks” yanaşmasıdır. Kanninhem, Rusiya prezidenti Vladimir Putinin İtaliyanın “Corriere della Sera” nəşrinə vediyi müsahibəyə diqqət çəkir. Bu nəşrə verdiyi müsahibədə Rusiya prezidenti bildirib ki, "ağlı başında olan insanlar bu gün genişmiqyaslı hərbi münaqişə təsəvvür edə bilməməlidir". Bununla yanaşı, rusiyalı prezident bir daha xatırladıb ki, “Moskva, həmişə Avropanın təhlükəsizliyinin əsas məsələləri üzrə Vaşinqton və Brüssel, xüsusilə də Avropada raketdən müdafiə məsələləri ilə bağlı dialoqa hazırdır”. Bu fikirlərə istinad edən amerikalı jurnalist maraqlı, həm də haqlı olan bir sualla çıxış edir- belə olan halda nəyə görə, ABŞ və Britaniya liderləri dünyadakı vəziyyəti şərh edərkən "düşmən", "təhdid" və "təcavüz" kimi terminlərdən geniş şəkildə istifadə edirlər?
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10491

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info