Məhəmməd Mursiyə ömürlük həbs
Tarix: 17.06.2015 | Saat: 01:58:00 | E-mail | Çapa göndər


Misir məhkəməsi iyunun 16-da ölkənin keçmiş dövlət başçısı Məhəmməd Mursi barəsində yekun qərarını verib. Müsəlmanlar üçün müqəddəs sayılan Ramazan ayı ərəfəsində Misirin ali müftisi Şauki Allam məhkəmənin keçmiş prezident Məhəmməd Mursi barədə çıxardığı ölüm hökmünü təsdiqləyib.
Elə həmin gün, hökmün elan olunmasından bir neçə saat öncə Qahirə məhkəməsi Mursini dövlətə xəyanət və xarici dövlət lehinə casusluq maddələri üzrə ömürlük həbs cəzasına məhkum edib. Eyni zamanda, məhkəmənin “Müsəlman qardaşları” hərəkatının digər üç lideri barəsində çıxarılan ölüm hökmləri də təsdiqlənib. Bundan başqa, hərəkatın xarici ölkələrə sığınan daha 13 yüksək vəzifəli üzvü də qiyabi olaraq ən yüksək cəzaya məhkum olunub.
Dövlətə xəyanət və xarici dövlət lehinə casusluq, həmçinin 2011-ci ilin yanvar inqilabı günlərində məhbusların həbsxanalardan kütləvi qaçışı barədə məhkəmə prosesi 16 aya qədər davam edib. İyul ayının axırında Məhəmməd Mursini daha bir məhkəmə prosesi gözləyir. Hərbi çevriliş nəticəsində vəzifədən kənarlaşdırılaraq həbs edilən sabiq prezidentin vəkilləri hökmdən ölkənin ali məhkəmə orqanına şikayət etməyi planlaşdırırlar.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info