Yunanlar bank hesablarından bir gündə 600 milyon avro çıxarıblar
Tarix: 17.06.2015 | Saat: 02:07:00 | E-mail | Çapa göndər


Yunan banklarının müştəriləri iyunun 15-də öz hesablarından rekord məbləğdə - 600 milyon avro çıxarıblar. Bu, cümə günü qeydə alınan göstəricidən 2,5 dəfə çoxdur.
Rusiyanın NTV telekanalı xəbər verir ki, buna səbəb kimi iyunun 14-də Yunanıstanın kreditorlarla danışıqlarının nəticəsiz qalması göstərilir. Yunan hökumətinin hər uğursuz danışıqlarından sonra bədbinlik hissi bir qədər də artır. Belə ki, iyunun 30-da Afina Beynəlxalq Valyuta Fonduna 1,6 milyard avro həcmində ödəniş həyata keçirməlidir. Bir çox iqtisadçılar bu həftəni Yunanıstan üçün həlledici adlandırırlar. İyunun 18-də Lüksemburqda avrozona ölkələrinin maliyyə nazirlərinin iclası başlayır. Bu iclas çərçivəsində Yunanıstanın yeni islahatlar planını təqdim edəcəyi gözlənilir. Lakin ölkənin maliyyə naziri Yanis Varufakis “Bild” qəzetinə müsahibəsində planın tam hazır olmadığını və bu səbəbdən onu təqdim edə bilməyəcəklərini deyib. Maraqlıdır ki, Brüsseldə artıq təcili tədbirlər görməyə başlayıblar. “Sueddeutsche Zeitung” qəzetinin məlumatına görə, Yunanıstan cümə gününədək kreditorlarla razılığa gələ bilməsə, problemin siyasi həllini tapmaq məqsədi ilə avrozona ölkələri dövlət başçılarının fövqəladə sammiti çağırılacaq.




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Terror təşkilatı PKK tərəfdarlarının Kölndə işğal təşəbbüsü
19.03.2019
Brüsseldә bomba hәyәcanı
19.03.2019
Nursultan Nazarbayev istefa verib
19.03.2019
ABŞ-da Perunun eks-prezidenti saxlanılıb
19.03.2019
Birləşmiş Ərəb Əmirlikləri dünyada ən təhlükəsiz ölkədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
3 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
4 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info