Kanadada “Azərbaycan Günü” keçirilib
Tarix: 17.06.2015 | Saat: 16:59:00 | E-mail | Çapa göndər


Kanadanın Toronto şəhərində Azərbaycanın Kanadadakı səfirliyi və Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycan Günü” təşkil edilib.Azərbaycanın Kanadadakı səfirliyinin yaydığı məlumata görə, tədbirdə Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Ontario əyaləti Parlamentinin üzvü Cek Maklaren (Jack Maclaren) iştirak edib.
Tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Azərbaycan-Kanada əlaqələrinin genişləndirilməsi, ölkəmizin Kanadada düzgün təbliğ olunması, ölkəmizlə bağlı həqiqətlərin Kanada və dünya ictimaiyyətinə çatdırılması ilə yanaşı, Kanadada yaşayan vətəndaşlarımızla əlaqələrin səmərəli qurulması, diaspora cəmiyyətlərimizin təşkilatlanması və onlar arasında əlaqələrin möhkəmləndirilməsinin Səfirliyin fəaliyyətinin prioritet istiqamətlərindən olduğunu bildirib. O, həmçinin düşmənlərimizin provokasiyalarına qarşı mübarizədə cəmiyyətlərimizin birlik nümayiş etdirməsinin, eyni məqsədə, eyni amala xidmət etməsinin həlledici amil olduğunu vurğulayıb.
Sonra söz Ontario əyaləti Parlamentinin üzvü Cek Maklarenə verilib. O, dəvət üçün minnətdarlığını bildirmiş və üzv olduğu partiyanın (Progressive Conservative Party of Ontario) lideri Patrik Braunun da (Patrick Brown) Qurtuluş günü münasibətilə təbriklərini iştirakçılara çatdırıb. O, çıxışında xüsusi ilə qeyd edib ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın müstəqilliyinin ilk illəri çətin və məşəqqətli olub. O zaman vətəndaş müharibəsi və müstəqilliyinin itirilməsi təhlükəsi ilə üzləşən Azərbaycan xalqı Heydər Əliyevi hakimiyyətə dəvət edib və 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində o, Azərbaycanın prezidenti seçilib. Bundan sonra Azərbaycan dinc və sabitlik və davamlı inkişaf yoluna qədəm qoyub.
Çıxışlardan sonra konsert proqramı başlayıb, burada Azərbaycan xalq mahnıları səsləndirilib, vətənpərvər şeirlər oxunub və milli rəqslər nümayiş etdirilib. Konsert proqramı çərçivəsində Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin şagirdləri də çıxış edib.
Tədbirdə, həmçinin qonaqlara Azərbaycan yeməklərini və şirniyyatlarını dadmaq imkanı yaradılıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info