“Azərbaycanlılar güləş turnirlərinin birini də nəzərdən qaçırmırlar”
Tarix: 17.06.2015 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


“Bakı 2015” Avropa Oyunlarından qızıl medalla ayrılan türkiyəli yunan-roma güləşçisi Rıza Kayaalp “Al Jazeera”-ya müsahibə verib.
26 yaşlı güləşçi Bakıda ona göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirib.
“Bakıda özümü evimdəki kimi hiss edirdim. Hətta öz evimidən belə yaxşı. Türkiyədən bizə dəstək olmaq üçün bura gələn görmədim. Azərbaycanda isə güləş yarışları keçirildikdə tribunalar dərhal dolur. Yarışları 8-9 min tamaşaçı izləyir. İnanılmaz bir dəstək görürük arxamızda”, deyə Riza Kayaalp bildirib.
İdmançı qeyd edib ki, güləş Azərbaycanda ən məşhur idman növlərindən biridir: “20 idman növünün yer aldığı Avropa Oyunlarında ən çox tamaşaçı güləş yarışlarını izləyir. Azərbaycanlılar güləş turnirlərinin birini də nəzərdən qaçırmırlar. Həm də tribunada gözəl atmosfer yaradırlar”.
Riza Kayaalp deyib ki, Türkiyədə güləş aparıcı idman növlərindən biri sayılsa da, ona gözlənilən maraq göstərilmir: “Bir çox insan güləşçiləri tanımır. Hətta futbola gələn tamaşaçıların sayı azalır. Xalqımız artıq idmanı televiziyadan, kreslosundan seyr etməyə üstünlük verir".
Avropa Oyunlarının qızıl medalını qazanan türkiyəli güləşçi Riza Kayaalp qələbəsini Azərbaycan və Türkiyə bayraqları ilə dövrə vurmaqla qeyd edib.
Qeyd edək ki, Riza Kayaalp 2010-cu ildə Bakıda keçirilən Avropa çempionatının qalibi olub.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir
15.11.2018
“Real“dan ilk transfer
14.11.2018
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info