“The Daily Caller”: “Azərbaycanı tənqid edənlər etinasız yox, konstruktiv mövqe tutmalıdırlar”
Tarix: 17.06.2015 | Saat: 17:14:00 | E-mail | Çapa göndər


Amerikada çıxan “The Daily Caller” qəzetində Azərbaycan parlamentinin deputatı Asim Mollazadənin “Dünyəvi müttəfiq müsəlman dövlətinə konstruktiv tənqid lazımdır” sərlövhəli məqaləsi dərc edilib.
Müəllif bu məqalədə ABŞ-ın Azərbaycanı qeyri-konstruktiv mövqedən tənqid etməsi ilə bağlı problemlərə toxunur. Müxalifətçi Demokratik İslahatlar Partiyasının üzvü olan A.Mollazadə qeyd edir ki, insan haqları ilə bağlı məsələlərdə irəliləyişə nail olmağın ən yaxşı üsulu ölkəni təcrid etmək yox, müvafiq məsələləri tərəfdaşlıq çərçivəsində həll etməkdir. Deputat yazır ki, onun təmsil etdiyi Demokratik İslahatlar Partiyası plüralizm və azadlıq ideyalarını, orta sinfin, sahibkarlığın və təhsilin inkişafını dəstəkləyir, habelə iqtisadiyyatı şaxələndirməyə çağırır. Müəllif yazır ki, müxalifətçi mövqe tutan Demokratik İslahatlar Partiyası hökuməti tənqid etməyə qorxmur, lakin istər ölkə daxilində, istərsə də xaricdən səslənən hər hansı tənqid ölkədəki reallıqların başa düşülməsinə əsaslanmalıdır. A.Mollazadə vurğulayır: “Strateji regionda yerləşən və çox zəngin enerji ehtiyatlarına malik olan, ənənəvi dini tolerantlığı ilə seçilən Azərbaycanı tənqid edənlər etinasız yox, konstruktiv mövqe tutmalıdırlar”.
Milli Məclisin deputatı daha sonra yazır: Azərbaycanı tənqid edənlər başa düşməlidirlər ki, yetmiş il sovet rejimində yaşamış Azərbaycan mürəkkəb bir regionda yerləşir və onun ərazisinin 20 faizi işğal altındadır. Azərbaycanın Dağlıq Qarabağ regionunun Qonşu Ermənistan tərəfindən işğal edilməsi nəticəsində indi Azərbaycanda bir milyondan çox məcburi köçkün yaşayır. Müəllif vurğulayır ki, bu fakt azərbaycanlıların insan haqlarının pozulmasının ən pis formasıdır. Hüquq müdafiəçiləri Azərbaycanda mövcud olan tolerantlıq ənənəsini də qiymətləndirməli və başa düşməlidirlər ki, Azərbaycanda qorunan dini etiqad azadlığı insanın əsas hüquqları sırasına aiddir və bu hüquqlar bir sıra başqa ölkələrdə pozulur.
A.Mollazadə öz məqaləsində Azərbaycanın ikitərəfli iqtisadi əlaqələri, yeni İpək Yolu üzərində nəqliyyat qovşağı kimi təşəkkülü məsələlərinə də toxunur və göstərir ki, bu amil sayəsində region ölkələri arasında ticarət və mədəniyyətlərarası əlaqələr daha da möhkəmlənəcək.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info