Fuad Muradov Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb
Tarix: 17.06.2015 | Saat: 18:49:00 | E-mail | Çapa göndər


“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri, deputat Fuad Muradov Yaponiyanın Azərbaycandakı səfiri Tsugua Takahashi ilə görüşüb.
Görüşdə Azərbaycan-Yaponiya əlaqələri, Yaponiya səfriliyinin ölkəmizin regionlarında həyata keçirdiyi layihələr barədə danışılıb.
Görüş zamanı F.Muradov həmçinin rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. Səfir T.Takahashi qədim ipək yolunun Asiya və Avropa ölkələri arasında əlaqələrinin yaranmasındakı roluna toxunaraq bu izin böyük təsir gücünə malik oludğunu vurğulayıb.
Yaponiyanın “İpək Yolu” BGİ ilə əlaqələrinin genişləndirilməsində öz köməyini əsirgəməyəcəyini deyən səfir əməkdaşlıqdan məmnun olduqlarını bildirib. Yaponiyanın gənclər təşkilatının nümayəndələrinin “Böyük İpək Yolu”nda təmsil olunması ilə bağlı məsələlər müzakirə edilib.
Sonda səfir T.Takahashi “Böyük İpək Yolu” BGİ ilə ikitərəfli əməkdaşlıq üçün yeni imkanların nəzərdən keçiriləcəyini vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın davamlı inkişafının əsasını qoydu
15.06.2019
İyunun 15-i xalqımızın bəlalardan qurtuluşunun carçısıdır
14.06.2019
Azərbaycanın bugünkü reallıqları Heydər Əliyev siyasətinin təntənəsi, milli qurtuluşun uğurlarıdır
14.06.2019
Bakıda dəhşət: Jurnalistin qızı və arvadı özünü 10-cu mərtəbədən atdı
14.06.2019
“Carlsberg Azerbaijan” ETSN qarşılıqlı anlaşma haqqında memorandum imzaladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10805

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info