Naxçıvanda beş ayda 120-dək koronarangioqrafiya əməliyyatı aparılıb
Tarix: 17.06.2015 | Saat: 19:13:00 | E-mail | Çapa göndər


Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində son beş ay ərzində 120-yə yaxın xəstə üzərində koronarangioqrafiya əməliyyatları aparılıb. Kardioloq-angioqrafı Nail Mehbalıyev tərəfindən aparılan həmin əməliyyatlar uğurla nəticələnib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Nail Mehbalıyev infarktönü mərhələdə olan16 xəstə üzərində balon və stent implantasiyası həyata keçirib.
Mərkəzdə bir xəstə kəskin miokard infarktı keçirərkən ürəkdayanma baş verib. Vaxtında antiaritmik müdaxilə və təcili koronarangioqrafiya, ardınca stent implantasiyası ilə xəstənin miokard infarktı keçirməsinə səbəb olan sağ koronar arteriyanın yüz faizli tutulması tamamilə açılıb. O, üçgünlük müşahidədən sonra sağalaraq evə buraxılıb. Həmçinin 90 faiz ölüm halları ilə nəticələnən ürəyin elektrik sistemi blokadalarında ürəkdaxili kardiostimulyator yerləşdirərək xəstələrin həyatı xilas edilib.
Koronarangioqrafiya ürəyin tac damarlarını müayinə etməyin informativ üsuludur və damarların vəziyyəti haqqında geniş məlumat verir. Bundan sonra müəyyən nəticəyə gəlinir və xəstəyə stent qoyulmasına, yaxud kardiocərrahi əməliyyata, dərman müalicəsinə qərar verilir. Bu proseslər Naxçıvan Diaqnostika-Müalicə Mərkəzinin angioqrafiya bölməsində uğurla reallaşdırılır.
Bölmədə anadangəlmə ürək qüsurlarının invaziv üsulla aradan qaldırılması əməliyyatı da aparılır. Müayinə zamanı invaziv üsulla, diaqnostik məqsədlə ürək boşluqlarının və damarların görüntülənməsi, təzyiqinin ölçülməsi, qapaq xəstəliklərinin dəyərləndirilməsi, aortakoronar şuntların fəaliyyəti, digər göstəricilərin təyin olunması həyata keçirilir.
Görülən bu işlər bütövlükdə Naxçıvan səhiyyəsində invaziv kardiologiyanın inkişafında yeni mərhələ təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info