“Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyi edə bilər”
Tarix: 17.06.2015 | Saat: 19:20:00 | E-mail | Çapa göndər


“Boks “Bakı-2015” birinci Avropa Oyunlarında çox yüksək səviyyədə - kişilərin mübarizəsində 10 çəki dərəcəsi, qadınların mübarizəsində isə 5 çəki dərəcəsi üzrə təmsil olunub. Halbuki Olimpiya Oyunlarında qadınlar 3 çəki dərəcəsi üzrə mübarizə aparırlar. Mən bundan olduqca məmnunam”.
Bu sözləri Fransanın “francsjeux.com” saytına müsahibəsində Beynəlxalq Boks Federasiyasının prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvü Çin-Kuo Vu deyib.
1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarından bəri bütün Oyunlarda yaxından iştirak etdiyini bildirən Beynəlxalq Boks Federasiyasının prezidenti bildirib ki, birinci Avropa Oyunlarının açılış mərasimi çox möhtəşəm keçirilib.
“Mən bir çox açılış mərasimlərində iştirak etmişəm. Amma Bakıda keçirilən açılış mərasimi mənim ən sevdiklərimdən biri oldu. Təşkilatçılar yüksək səviyyədə yeni texnologiyadan istifadə edərək Olimpiya ruhunu və Azərbaycan mədəniyyətini tamaşaçılara çatdırmağı bacardılar”, - deyə Çin-Kuo Vu qeyd edib.
Jurnalistin Bakının Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazır olub-olmamağı barədə suala cavabında Çin-Kuo Vu deyib ki, Bakıda bunun üçün hər cür şərait var.
“Burada hər şey nəzərə alınıb Avropa Oyunlarından sonra Azərbaycan hər hansı mühüm beynəlxalq idman tədbirinə, o cümlədən Olimpiya Oyunlarına ev sahibliyi edə bilər”,- deyə Çin-Kuo Vu əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Azərbaycan şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə başlayıblar
24.09.2018
UEFA “Qarabağ”ın hesabına vəsait köçürüb - 4 milyon 35 min 740 avro
24.09.2018
Futzal üzrə Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşıb
24.09.2018
Neftin qiyməti bahalaşır
24.09.2018
“Barselona” yeni mövsümdə ilk dəfə xal itirib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info