Azad Məmmədovun Çinin “Youth Daily” qəzetində müsahibəsi dərc olunub
Tarix: 17.06.2015 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru, professor Azad Məmmədovun Çin Xalq Respublikasının “Youth Daily” qəzetində müsahibəsi dərc edilib.
Mərkəzdən verilən məlumata görə, A. Məmmədov müsahibəsində Azərbaycanın multikulturalizm siyasətindən, BBMM-in yaranması, fəaliyyəti və həyata keçirdiyi layihələri barədə geniş məlumat verib.
O qeyd edib ki, qədim zamanlardan Azərbaycanda müxtəlif etnik qruplar yaşayır, ölkəmizdə kilsələr, məscidlər, sinaqoqlar fəaliyyət göstərir. Azərbaycanın multikulturalizm modelinin bütün dünya üçün nümunə olduğunu bildirən icraçı katib, ölkəmizdə etnik müxtəlifliyin və multikulturalizmin qorunub inkişaf etdirilməsi üçün mühüm addımların atıldığını vurğulayıb.
A. Məmmədov Azərbaycanın bütün etnik qrupların dillərinin, mədəniyyətlərinin və adət ənənələrinin qorunması üçün bir çox tədbirlər gördüyünü və multikultural inkişafın qanunvericilikdə hüquqi təminat tapmasına şərait yaratdığını söyləyib.
Müsahibədə 14 may 2014-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə yaranan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ölkənin multikulturalizm siyasətinin gerçəkləşməsində vacib mexanizm olması, Mərkəzin bu istiqamətdə gerçəkləşdirdiyi layihələr barədə geniş söhbət açılıb. Qeyd olunub ki, Multikulturalizm Mərkəzinin xarici universitetlərdə “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində bu fənn 7 xarici ölkədə uğurla tədris edilib və BBMM Çin universitetləri ilə də bu sahədə əməkdaşlıq etməyə hazırdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info