“Ərəb baharı”nın nəticəsi: Misir parçalanır
Tarix: 29.01.2013 | Saat: 18:19:00 | E-mail | Çapa göndər


Port-Səid Misirin tərkibindən ayrılır

Ötən sayımızda Misirdə və digər ərəb ölkələrində baş verən “ərəb baharı” və onun ərəb ölkələrinə “bəxş” etdiyi nəticələr barədə yazmışdıq. Misirdə baş verən son hadisələr isə bu baxımdan vəziyyətin həmin ölkə üçün daha da kritikləşdiyini bir daha ortaya qoyur.
Belə ki, Misirdə baş verən siyasi qarşıdurmalar fonunda Port-Səid vilayətinin sakinləri öz müstəqilliklərini elan ediblər. Bu haqda Türkiyənin Anadolu agentliyi məlumat verib. Agentliyin yaydığı məlumata görə, ötən gecə on minlərlə adam küçələrə çıxaraq vilayətdə fövqəladə vəziyyət elan edilməsinə etiraz ediblər.
Bazar günü axşam ölkənin bir sıra iri şəhərlərində baş verən qarşıdurmalarla əlaqədar Misirin hazırkı prezidenti Məhəmməd Mursi üç vilayətdə - Port-Səid, Suveyş və İsmailiyyədə 30 günlük fövqəladə vəziyyət elan edib. Qeyd edək ki, sözügedən şəhərlərdə komendant saatı axşam 9:00-dan səhər 6:00-dək qüvvədə olacaq.
Bundan başqa prezident Mursi ölkədəki siyasi qüvvələrə müraciət edərək onları "stabillik və təhlükəsizliyə nail olmaq üçün" dialoqa çağırıb. Amma dialoq barədə bu cür çağırışlara baxmayaraq, Misir müxalifəti dövlət başçısı ilə dialoqdan imtina edib.
Məlum olduğu kimi, artıq 3 gündür Misir şəhərlərində etirazçı kütlə ilə təhlükəsizlik əməkdaşları arasında ixtişaşlar səngimir. Aksiyaçılar "Konstitusiyanın ləğvi" və "rejimin devrilməsi" kimi şüarlarla çıxış edir. Bazar günü yaxınlarını dəfn edən nümayişçilər yenidən küçələrə axışıb.
Bu olaylar bir daha onu göstərir ki, ərəb ölkələrində “ərəb baharı” adı ilə baş verən məlum olaylar əslində Liviya, Misir və bu olayların baş verdiyi digər ərəb ölkələrinə yalnız kütləvi ölümlər, terror, vətəndaş qarşıdurmaları, xaos və qanunsuzluqlar, özbaşınalıqlar gətirdi. Bu hadisələrdən bir ildən artıq vaxt keçməsinə baxmayaraq Misir hələ də özünə gələ bilmir. Bu proseslər eyni zamanda da Misir kimi ənənəvi ölkələrdə zor və iğtişaşlar gücünə qurulmuş hökumətlərin elə zor gücü ilə müşayiət olunduğunu və olunacağını göstərir. Çünki bu cür ölkələrdə inqilabi və ya üsyankar çevrilişlər əhalinin ictimai şüur səviyyəsi ilə disbalans təşkil edir və bu cür üsyanları, iğtişasları dadan həmin ənənəvi cəmiyyətlər onları təkrar-təkrar yaşamağa, destruktivliyə meyillənir. Ələlxüsus, burada həmin müsəlman cəmiyyətlərində təfriqəyə, terrora və qarşıdurmaya meyilli olan xarici qüvvələrin mənfi və təhrikedici rolunu da unutmaq lazım deyil. Belə olduğu halda, bu cür “bahar”lar ikiqat bəlalar gətirir, uzun zaman sürmüş olur, nəticədə, külli sayda insan itkilərindən başqa, iqtisadi, sosial böhranlara, işsizliyə, xəstəliklərə, millətin mənəvi, mədəni irsinin dağılmasına səbəb olur. Daha pisi isə həmin ölkələr daxildən parçalanır, orada separatizm və ekstremizm meyilləri artır. Qeyd etmək lazımdır ki, Misir kimi qədim və zəngin mədəni irsi olan bir ölkənin timsalında biz bu gün bu proseslərin əyani şahidi oluruq. Bunlar bir daha sübut edir ki, kiminsə öz ölkəsində bu cür “bahar” arzu etməsi məhdud və yanlış düşüncədən, bəzən isə hətta antimilli mahiyyətdən doğan bir məsələdir. Məsələn, bəzi müxalifət nümayəndələri də ölkəmizdə bu cür “bahar” arzu edirdilər. Halbuki hazırda ərəb ölkələrində baş verən fəlakət və təlatümlər bu cür düşünənlərin nə qədər yanlış olduğunu və avantürizmə yuvarlandığını açıb ortaya qoyur.

İlkin AĞAYEV






 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info