Prezident Patrik Hikkiyə “Şərəf” ordeni təqdim edib
Tarix: 17.06.2015 | Saat: 19:45:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki “Şərəf” ordeni ilə təltif olunub.(AZƏRTAC)
Dövlətimizin başçısı iyunun 17-də yüksək mükafatı Patrik Hikkiyə təqdim edib.
Prezident İlham ƏLİYEV dedi:
- Cənab prezident, ilk növbədə Sizi yubileyiniz münasibətilə təbrik etmək istərdim. Çox şadam ki, Siz ad gününüzü Bakıda, əminəm, Sizə çox yaxın olan bir ölkənin paytaxtında qeyd edirsiniz. Fürsətdən istifadə edərək Avropada idmanın, Olimpiya hərəkatının inkişafı naminə həyata keçirdiyiniz işlərə görə Sizə təşəkkürümü bildirmək istərdim.
İyirmi ilə yaxındır Avropa Olimpiya ailəsinin üzvü olaraq mən Sizin qitəmizdə idmanın inkişafına sadiqliyinizə, fəaliyyətinizə və fədakarlığınıza çox yaxşı bələdəm. Mən Avropa Olimpiya Komitəsinin iclaslarında bizim birgə iştirak etdiyimiz vaxtları xatırlayıram. Təəssüf ki, hazırda mən işimlə əlaqədar iclaslarda iştirak edə bilmirəm, lakin Sizin fəaliyyətinizi yaxından izləyirəm. Mən Sizi dünyada Avropa idmanının təbliği ilə bağlı əldə etdiyiniz böyük nailiyyətlər münasibətilə təbrik etmək istəyirəm.
Əlbəttə ki, ilk Avropa Oyunlarının təşkili ilə bağlı Avropa Olimpiya ailəsinin dəstəklədiyi qərar tarixi qərar idi. Biz ilk Oyunları Bakıda keçirməkdən qürur duyuruq. Bu, bizə ölkəmizi təqdim etmək, imkanlarımızı nümayiş etdirmək və möhtəşəm tədbiri təşkil etmək imkanı verir. Biz ictimaiyyətin bu tədbirə böyük maraq göstərdiyini görürük. Əminəm ki, Oyunlar sona çatandan sonra biz minlərlə insanın, xüsusilə uşaqların idmana marağının artmasının, çempion olmağa çalışmasının şahidi olacağıq. Bu, Azərbaycanda idmanın gələcək inkişafında olduqca müsbət rol oynayacaq.
Avropada, Azərbaycanda idmanın və Olimpiya hərəkatının inkişafındakı böyük nailiyyətləri nəzərə alaraq mən Sizin Azərbaycanın ən ali mükafatlarından biri olan “Şərəf” ordeni ilə təltif edilməyinizlə bağlı Sərəncam imzalamışam və onu Sizə təqdim etmək istəyirəm.
Prezident İlham Əliyev “Şərəf” ordenini Patrik Hikkiyə təqdim etdi.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik HİKKİ dedi:
- Cənab Prezident, bu, mənim üçün şərəfdir. Bu yüksək mükafata görə Sizə təşəkkür edirəm. Biz birlikdə uzun yol qət etmişik. Mən Sizi şəxsən uzun illərdir tanıyıram. İndi mən Azərbaycanı və Azərbaycan vətəndaşlarını yaxından tanımaq imkanını əldə etmişəm. Bura mənim ikinci evim kimidir. Mən burada özümü çox rahat hiss edirəm, hər kəsdən ehtiram görürəm. Bütün Avropadan mənə Oyunların təşkili, keçirildiyi yerlər, buradakı rəqabətlilik, qonaqpərvərliklə bağlı fikirlər bildirirlər. İndiyədək mən heç bir şikayət almamışam - nə nəqliyyat, nə qida, nə də başqa məsələlərlə bağlı.
Patrik Hikki birinci Avropa Oyunlarının ilk günlərində Azərbaycan idmançılarının qazandıqları böyük uğurlar münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik etdi.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Azərbaycan dünyanın 25-ə yaxın ölkəsinə fındıq məhsulu ixrac edir
12.11.2018
AQTA-da meyvə-tərəvəz istehsalı və ixracatı ilə məşğul olan sahibkarlarla görüş keçirilib
12.11.2018
Azərbaycan Şəkər İstehsalat Birliyindən iqtisadiyyata daha bir töhfə
12.11.2018
Bakı rusiyalı turistlərin şopinqi üçün ən yaxşı şəhərdir
12.11.2018
Prezident Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10456

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info