70 əlilliyi olan şəxs Xaçmazdakı Nabran istirahət zonasına yola salınıb
Tarix: 17.06.2015 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq bu gün 70 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonunda yerləşən Nabran istirahət zonasında yerləşən istirahət və sağlamlıq mərkəzinə göndərilib. Bununla da cari ilin aprelindən başlayaraq ötən müddətdə nazirlik tərəfindən 670 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət və sağlamlıq mərkəzlərinə göndərilməsi təmin olunub. İstirahət günlərində əlilliyi olan şəxslər üçün idman yarışları, musiqili-əyləncəli tədbirlər, fizioterapevtik müalicə prosedurları, görməli yerlərə gəzinti turları təşkil olunur. Onlar istirahət mərkəzlərinə, eləcə də gəzinti turlarına xüsusi nəqliyyat vasitəsi ilə aparılıb-gətirilirlər. Ümumilikdə cari ildə ƏƏSMN tərəfindən 1000 nəfərdən çox bu təbəqədən olan vətəndaşın respublikanın füsunkar təbiətə malik guşələrində istirahətə göndərilməsi nəzərdə tutulub. Nazirliyin “2015-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı” əsasında həyata keçirilən tədbirlər əlilliyi olan şəxslərin yaz-yay aylarında mənalı istirahətinin təşkilinə xidmət edir.
Qeyd olunan şəxslərin yola salınması zamanı onlar sosial cəhətdən həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlərdən razılıqla söz açaraq, göstərilən diqqət və qayğıya, habelə əlilliyi olan şəxslərin yaz-yay mövsümündə mənalı istirahətinin təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info