Polşa Olimpiya Komitəsi: “İdmanla siyasəti qarışdırmaq düzgün deyil“
Tarix: 17.06.2015 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


“İdmanla siyasəti qarışdırmaq düzgün deyil”. Bunu “Trend”ə Qərb mətbuatında Azərbaycanla bağlı neqativ məlumata münasibət bildirən Polşa Olimpiya Komitəsinin prezidenti və I Avropa Oyunlarında Polşa nümayəndə heyətinin rəhbəri Andrjey Krasnitski deyib.
O bildirib ki, siyasətçilərin problemli məsələlər barədə fikir mübadiləsi aparması üçün irimiqyaslı idman tədbirlərindən fərqli məkanlar da var.
A.Krasnitski qeyd edib ki, ola bilsin, onlardan bəziləri müəyyən qazanc əldə etmək üçün I Avropa Oyunlarından istifadə etmək istəyir: “Biz idmanla siyasətin qarışdırılmasına qarşıyıq”.
Polşa Olimpiya Komitəsinin prezidenti Bakıda I Avropa Oyunlarının açılış mərasiminin böyük və gözəl hadisə olduğunu hesab edir: “Mərasim həqiqətən gözəl təşkil olunmuşdu. Bunu tamaşaçıların və iştirakçı idmançıların gurultulu alqışları da təsdiq edirdi. Əlbəttə, hər tamaşaçının yaddaşında mərasimin bu və ya digər məqamı qaldı. Mənim xüsusilə milli komandaların təntənəli yürüşü xoşuma gəldi. Avropa ölkələrindən olan iştirakçı idmançıların təntənəli yürüşü, gözəl şou, rəsmi nitqlər, mərasimin bədii hissəsi uzun müddət yaddaşımda qalacaq”.
A.Krasnitski,həmçinin Bakı haqqında təəssüratlarını bölüşüb: “Bakı tarixlə müasir dövrün birləşdiyi çox maraqlı şəhərdir. Bakının eyni yerində həm qədim, həm də yeni tikililərə rast gələ bilərsiniz. İdman arenalarında olmaqdan zövq alıram. Bakıda stadionlar və idman zalları həqiqətən də möhtəşəmdir, beynəlxalq standartlara uyğundur. İstənilən Avropa və dünya çempionatı burada keçirilə bilər. İnsanlarınız çox mehribandır. Təşəkkür edirəm, Bakı!”




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info