“New Europe”: “Azərbaycanı tənqid edən Qərb mediası problemin təfərrüatına varmaq istəmir”
Tarix: 17.06.2015 | Saat: 20:58:00 | E-mail | Çapa göndər


“New Europe” saytında “Avropa Oyunları: idman, yoxsa siyasət yarışı?” adlı məqalə dərc edilib.
Məqalədə Azərbaycanın Pan-Amerika və Asiya Oyunlarına oxşar Avropa oyunlarına ev sahibliyi etdiyi bildirilir.
Qeyd olunur ki, Avropa Oyunları Avropa qitəsini əhatə edən ilk genişmiqyaslı idman yarışı olduğundan beynəlxalq ictimaiyyətin diqqəti həmin Oyunlara və onun təşkilatçısına – Azərbaycana yönəlib: “Amma bu diqqət birmənalı deyil – oyunları bütün qitəni birləşdirən böyük idman bayramı kimi qəbul edənlərlə yanaşı, diqqəti tamam başqa istiqamətlərə yönləndirənlər də tapılır. Ənənəvi qaydada idmanla heç bir əlaqəsi olmayan məqamlar – Azərbaycanın daxili məsələləri kəskin şəkildə qabardılır. Xüsusilə insan haqları və bəzi fəalların, jurnalistlərin həbsi geniş müzakirə mövzusuna çevrilir. Bununla yanaşı, insan haqlarının durumuna görə Azərbaycanı tənqid edən Qərb mediası problemin təfərrüatına varmaq istəmir və ardıcıl şəkildə eyni fikirləri və ittihamları təkrarlayır.
Azərbaycan rəsmiləri dəfələrlə fakt və sübutları ortaya qoyaraq öz prinsipial mövqelərini belə əsaslandırırlar ki, hər bir şəxs törətdiyi cinayət əməlinə görə qanun qarşısında cavab verməlidir və onun əqidəsi, siyasi baxışları və peşə fəaliyyəti törədilən qeyri-qanuni əmələ heç bir toxunulmazlıq zəmanəti verə bilməz. Əslində, Qərbin elə öz standartlarına görə, sivil cəmiyyətin əsas göstəricilərindən biri qanun qarşısında hamının bərabərliyi prinsipidir. Məsələn, 2011-ci ildə Böyük Britaniyada həbs olunan jurnalist Cimmi Savilin adı pedofiliyada hallananda, heç bir yerli media orqanı bunu söz azadlığının məhdudlaşdırılması və ya jurnalistə təzyiq kimi dəyərləndirmədi. Söhbət Azərbaycana gəldikdə isə, yanaşma və şərh tamam başqa xarakter alır. Xüsusilə də, Bakıda keçirilən hansısa genişmiqyaslı tədbirlər ərəfəsində.
Bir müddət bundan əvvəl Azərbaycan mediası ABŞ və Avropadan mərkəzləşdirilmiş qaydada bu ölkəyə qarşı hücumların təşkil olunacağı barədə məlumatları geniş müzakirə etdi. Konkret sənədlərə əsasən açıqlanan məlumatlarda bildirilirdi ki, 2015-ci il yanvarın 15-16-sı Praqada keçirilmiş toplantıda l Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı tənqid kampaniyasını nəzərdə tutan layihənin ilkin konturları işlənilib hazırlanıb və Danimarkanın İnternational Media Support təşkilatı bu layihənin koordinatoru müəyyən edilib. Buna paralel olaraq ABŞ Dövlət Departamentinin dəstəyi ilə analoji kampaniyanın təşkili NED təşkilatına həvalə edilib. ABŞ və Avropanın müxtəlif fondları, xüsusilə Soros Fondu və USAİD kimi qurumlar həmin layihələrin dəstəkçisi kimi müəyyənləşdiriliblər”.
Məqalədə qeyd olunur ki, Qərb mediasının və təşkilatların hansısa tədbir ərəfəsində təşkilatçı ölkələrə qarşı kampaniyası o qədər açıq olur ki, bunu artıq həmin kampaniyada iştirak etməyən xarici jurnalist dairələri də açıq hiss etməyə başlayıblar: “Azərbaycan rəsmiləri dəfələrlə bildiriblər ki, ölkəyə qarşı qərəzli iddialar irəli sürən və “insan haqlarının müdafiəçiləri” qismində çıxış edən qurumlar indiyədək Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma ev-eşiyindən didərgin düşmüş 1 milyondan artıq azərbaycanlının hüququndan ümumiyyətlə danışmırlar. Ona görə də azərbaycanlıların əksəriyyəti bu cür faktı “görməyən və eşitməyən” media qurumlarının hazırkı mövqeyinin Ermənistanın mövqeyi ilə üst-üstə düşdüyünü hesab edirlər. Axı, Azərbaycanın mənfi imicdə təqdim olunması, qaçqın və məcburi köçkünlərin diqqətdən kənarda qalması ilk növbədə rəsmi İrəvanın maraqlarına cavab verir”.
Yazıda qeyd olunur ki, dünya mediasında Azərbaycanda keçiriləcək Avropa Oyunlarına obyektiv və sırf idman nöqteyi-nəzərindən yanaşanlar da az deyil: “Azərbaycanda çoxlu sayda müstəqil media orqanları var ki, hakimiyyətlə bağlı cəsarətli materiallar verir, iqtidarın ünvanına sərt ittihamlar səsləndirir, hələ bir təhqirlər də yol verirlər. Və nə həmin qəzetlər bağlanır, nə də jurnalistlər həbs edilir. Elə isə bu isterika, eyni tezislər əsasında yazılan və yayılan yalançı ittihamlar, bəzi KİV və təşkilatların qaldırdığı hay-küy nə deməkdir? Axı, Azərbaycan siyasi forum, zirvə görüşü və ya sammit yox, idman yarışı keçirir. Azərbaycan bütün Avropaya bir idman bayramı yaşatmaq istəyir. Cavabında isə qısqanclıq və qərəzlə “mükafatlandırılır”.
Sonda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun açıqlamasından sitat gətirilib: “Əli Həsənov dediyi kimi media orqanlarının apardığı bu kampaniya müstəqil siyasət yürüdən və kimlərinsə iradəsinə baş əyməyən dövlətlərə qarşı bir təzyiq vasitəsidir. Cənab Həsənov əmindir ki, bu kampaniyanın arxasında duranlar Azərbaycanı öz müstəqil siyasətindən döndərməyə müvəffəq olmayacaqlar“.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info