Lilit Gevorqyan: “Moskva ilə Bakı bir-birinə heç vaxt indiki kimi yaxın olmayıb”
Tarix: 17.06.2015 | Saat: 22:15:00 | E-mail | Çapa göndər


“Rusiya Prezidenti Putin də bu günlərdə bəyan edib ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti artır. Mənim fikrimcə, bu, Bakının uğurlu xarici siyasətinə verilən qiymətdir”

Britaniyanın nüfuzlu “Jane’s Intelligence” analitik mərkəzinin MDB və Rusiya üzrə eksperti Lilit Gevorqyan “Birinci İnformasiya”ya müsahibəsində regiondakı vəziyyəti dəyərləndirib. Erməni ekspert qeyd edib ki, Azərbaycan yeni yaradılan Avrasiya İqtisadi İttifaqına üzv ola bilər. Onun fikrincə, Bakı bununla bağlı yüksək qiymət müəyyən edib-Dağlıq Qarabağ bütünlüklə Azərbaycanın hakimiyyəti altına keçməlidir. Ekspert hesab edir ki, münaqişə Rusiyanın təsir rıçaqı olduğundan Moskva, hələ ki, münaqişəni həll etməyə tələsmir. Amma yaranan geosiyasi vəziyyət münaqişənin həlli müqabilində Avrasiya İttifaqına üzvlüklə nəticələnə bilər: “Sadəcə, Moskva Qarabağı Azərbaycana qaytardıqdan sonra Bakının müttəfiqliyə və Avrasiya İttifaqına üzvlüyə sadiq qalacağına təminat almaq istəyir. Doğrudur, bu gün Moskva ilə Bakının siyasi baxışları indiyə qədər heç vaxt olmadığı qədər yaxındır. Amma Moskva Dağlıq Qarabağ münaqişəsini ehtiyatla həll etməyə çalışaraq Bakının yaxın on illiklər ərzində Rusiyaya sadiq qalmasını gözləyəcək. Bakı Dağlıq Qarabağ münaqişəsi və Avrasiya İqtisadi İttifaqı ilə bağlı məsələni yeni geosiyasi reallıqla əlaqələndirməyə çalışır.

“Bakı yaxşı başa düşür ki, Qərbin sanksiyalarına məruz qalan Rusiyanın müttəfiqlərə ehtiyacı var. Bu isə danışıqlar prosesində Azərbaycanın mövqelərini gücləndirir. Digər tərəfdən çox təəccüblüdür ki, Moskva indi Azərbaycana çox böyük hörmətlə yanaşır və Bakı bundan yaxşı istifadə edir”

Məsələ ondadır ki, Moskva ilə Bakı bir-birinə heç vaxt indiki kimi yaxın olmayıb. Bakı yaxşı başa düşür ki, Qərbin sanksiyalarına məruz qalan Rusiyanın müttəfiqlərə ehtiyacı var. Bu isə danışıqlar prosesində Azərbaycanın mövqelərini gücləndirir. Digər tərəfdən çox təəccüblüdür ki, Moskva indi Azərbaycana çox böyük hörmətlə yanaşır və Bakı bundan yaxşı istifadə edir. Azərbaycan Rusiya və ya Avrasiya İttifaqının digər üzvü Belarusla əməkdaşlığı davam etdirməklə yanaşı, Qərblə də iqtisadi əlaqələri uğurla inkişaf etdirir. Son vaxtlar Qərblə Azərbaycanın münasibətlərində müəyyən soyuqluq yaranıb.

“Ermənistanın diplomatik uğursuzluqları, daxili siyasi deqradasiya ölkəni Rusiyadan tam asılı vəziyyətə salıb”

Amma Rusiya və Belarusdan fərqli olaraq Azərbaycan Qərbin heç bir sanksiyasına məruz qalmayıb. Təsadüfi deyil ki, Rusiya Prezidenti Putin də bu günlərdə bəyan edib ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti artır. Mənim fikrimcə, bu, Bakının uğurlu xarici siyasətinə verilən qiymətdir. Amma etiraf etmək lazımdır ki, Qarabağ probleminin həlli hətta Rusiya üçün belə, çox çətindir. Ermənistanın diplomatik uğursuzluqları, daxili siyasi deqradasiya ölkəni Rusiyadan tam asılı vəziyyətə salıb”. Ekspert müsahibəsində bildirib ki, ATƏT-in Bakı ofisinin bağlanması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə heç bir təsir etməyəcək.

Pol Qobl: “Mən əminəm ki, Ermənistan işğal etdiyi torpaqları qaytararsa və regionda Moskvanın agenti rolunu oynamaqdan imtina edərsə, Qərb ona təhlükəsizlik təminatı verə bilər”

Onun sözlərinə görə, ofis münaqişənin həlli ilə bağlı mandata sahib olmadığından prosesə təsir edə bilməz. Bu məsələ ilə bağlı ekspert Pol Qobl da münasibət bildirib. Vaxtilə ABŞ Dövlət Departamentinin aparıcı məsləhətçisi olmuş Vaşinqton Universitetinin professoru Pol Qobl “168 Jam” nəşrinə açıqlamasında bildirib ki, Moskva-Bakı yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dramatik şəkildə təsir etməyəcək. Onun sözlərinə görə Azərbaycan və Ermənistan münaqişənin həlli ilə bağlı özləri razılıq əldə edə bilərlər. Amma bunun üçün Ermənistanın Rusiyanın təsirindən çıxması lazımdır: “Mən əminəm ki, Ermənistan işğal etdiyi torpaqları qaytararsa və regionda Moskvanın agenti rolunu oynamaqdan imtina edərsə, Qərb ona təhlükəsizlik təminatı verə bilər”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info