Şəmkirdə tibb işçilərinin peşə bayramı keçirilib
Tarix: 17.06.2015 | Saat: 22:29:00 | E-mail | Çapa göndər


17 iyun Tibb işçilərinin peşə bayramı münasibətilə Şəmkir rayon İcra Hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və rayon Səhiyyə şöbəsinin birgə təşəbbüsü ilə Şəmkir rayon Mərkəzi xəstəxanasında tədbir keçrildi. Tədbir iştirakçıları ilk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə əklil və tər gül dəstələri qoydular, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər sonra tədbir Şəmkir rayon Mərkəzi xəstəxanasının Akt zalında davam etdirildi. Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər üzrə şöbənin müdiri Sona Əliyeva, Şəmkir rayon Mərkəzi xəstəxanasının baş həkimi, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Nürəddin Əhmədov və rayon Səhiyyə şöbəsinin işçiləri iştrak etdilər. Tədbiri giriş sözü Şəmkir rayon Mərkəzi xəstəxanasının baş həkimi, YAP Şəmkir rayon təşkilatı sədrinin müavini, Nürəddin Əhmədov açaraq geniş məruzə ilə çıxış etdi. N.Əhmədov çıxışında bildirdi ki, Xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin uzun illər Respublikamızın səhiyyəsinə göstərdiyi qayğı və diqqət bu gün Heydər Əliyev siyasi kursunun layiqli və sədaqətli davamçısı, Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublika mərkəzində və regionlarda yeni-yeni tibb müəssələri inşa edilir, əsaslı təmir olunaraq əhalinin istifadəsinə verilir. Bu istiqamətdə son vaxtlar rayonumuzda da bir çox işlər həyata keçirilmişdir. Sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev bildirdi ki, İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur. Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizəsi ilə bağlı idi. İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu münasibətlə bütün Səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayıram. Sonra çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər üzrə şöbənin müdiri Sona Əliyeva qeyd etdi ki, artıq 14-cü ildir ki, Azərbaycanda Səhiyyə işçilərinin peşə bayramı qeyd olunur. Bu bayramı səhiyyə işçilərinə Ulu öndərimiz Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bəxş edib. Səhiyyə işçilərinin bayramı Azərbaycan Demokratik Respublikasında Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf edir. Ona görə də bu günü peşə bayramı kimi qeyd olunur. Ümummilli Lider Heydər Əliyevin səhiyyənin inkişafı ilə bağlı gördüyü işlər o qədər geniş və əhatəlidir ki, bu barədə kiçik bir söhbətlə keçinmək mümkin deyil. Təbii ki, Ümummilli liderin gördüyü işlər, bu sahədə apardığı islahatlar Azərbaycanda, o cümlədən Şəmkirdə öz bəhrəsini verib və bu gün də verir. Sonda çıxış edənlər Şəmkir rayon Mərkəzi xəstəxanası Baş həkimin müavini Abdulla Rzayev, Şəmkir rayon Uşaq xəstəxanasının baş həkimi Tofiq İsgəndərov, Şəmkir rayon Poliklinikasının baş həkimin Arif Sadıqov , Şəmkir rayonun baş pedyatoru Ayaz İbrahimov, Şəmkir rayon Mərkəzi xəstəxanasının həkimi Şahin Rzayev və başqaları qeyd etdilər ki, tibb işçilərini peşə bayramı münasibətilə təbrik etdilər və ölkədə səhiyyənin inkişafına göstərilən dövlət qayğısından, səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir avadanlıqla təchizatı istiqamətində görülən işlərdən danışdılar. Sonra Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə göstərdiyi qayğı müstəqil Azərbaycanın mənəvi həyatında əsaslı yüksəlişə səbəb olmuşdur. Qədim zəngin maddi və mənəvi mədəniyyətə malik xalqımız məhz dahi öndərimizin mədəniyyət siyasəti nəticəsində öz varlığı, mənəvi irsi, keçmişi ilə fəxr edə bilərlər dedilər. Tədbirin Sonunda peşə bayramı münasibətilə Tibb işçilərinə Şəmkir rayon İcra Hakimiyyətinin hədiyyələri və YAP Şəmkir rayon təşkilatının Fəxri fərmanları ilə təltif olundular.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info